SİYASƏT


Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı Almaniya mətbuatında işıqlandırılıb

Berlin, 15 avqust, AZƏRTAC 

Almaniyanın “Spiegel”, “Die Zeit”, “Deutsche Welle”, “ZDF”, “DLF” və s. nüfuzlu KİV-lərində Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilmiş V Zirvə toplantısı ilə bağlı məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalələrdə dünyada ən böyük daxili su hövzəsi hesab edilən Xəzər dənizinin sahilində yerləşən beş dövlətin uzun sürən danışıqlardan sonra Xəzərin hüquqi statusu barədə razılığa gələrək Konvensiya imzaladığı bildirilib. Qəbul edilmiş Konvensiyaya əsasən 15 millik zona Xəzəryanı dövlətlərin ərazi suları hesab edilib. Əlavə olaraq 10 millik zonada sərbəst balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ rəsmiləşdirilib və digər dövlətlərin hərbi gəmilərinin Xəzər dənizinə buraxılmamasına dair razılıq əldə olunub. Yazılarda Xəzəryanı dövlətlərin ayrı-ayrılıqda Xəzərin bölgüsü məsələsində sərgilədiyi mövqe və maraqlar nəzərdən keçirilib.

Həmçinin Türkmənistanın öz qazını Azərbaycan ərazisindən keçməklə Avropa bazarına çıxarmaqda maraqlı olduğu vurğulanıb.

Məqalələrdə Rusiya Prezidenti Vladimir Putinin çıxışında Xəzəryanı dövlətləri nəqliyyat, turizm və narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə sahələrində qarşılıqlı əməkdaşlığa çağırışı da qeyd olunub.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.