Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qanlıgöl əfsanəsi, yaxud Naxçıvanın təbiət gözəli

Şahbuz, 18 avqust, AZƏRTAC

Muxtar respublikanın Şahbuz rayonu heyrətamiz təbiəti, abad, rahat yolları, füsunkar kənd mənzərələri ilə hər il buraya gələn qonaqları heyran edir. Bu gözəlliklər arasında Qanlıgölün də özünəməxsus yeri var.

AZƏRTAC xəbər verir ki, Qanlıgöl rayonun sərhəd kəndi Küküdən təxminən 7 kilometr məsafədə yerləşir. Kənddən oraya dolanbac dağ yolu ilə, “Sarı qaya”, “Şırran” deyilən yerlərdən keçməklə getmək olar. Yol isə insanı yormur. Çünki təmiz hava, gözəl mənzərələr, saf su, əzəmətli dağlar insana sanki güc verir.

Budur, Qanlıgölə çatırıq. Bir tərəfdən yamyaşıl çəmənlər, digər tərəfdən quşların bir-birinə qarışan nəğməsi. Bu gözəlliklərə gölün cazibədar mənzərəsini də əlavə etdikdə, düşünürsən ki, belə gözəl məkan, yəqin ki, ancaq tamaşa etmək üçün yaranıb.

Möhtəşəm mənzərəni seyr edərkən bizdə sual yaranır: nə üçün belə gözəl bir gölə “Qanlıgöl” deyirlər? Əfsanəyə görə, keçmiş zamanda bu ərazilər düzənlik və hava şəraiti əkin üçün əlverişli olduğundan insanlar buraya toplaşaraq şum işləri aparırmış. Bir dəfə torpağın altından çıxan su burada çalışanları ağuşuna alıb, onlardan bir neçəsi suya qərq olub. O zamandan bəri bu göl “Qanlıgöl” adlandırılıb. Bu gölə heç bir çay tökülmür. Göl ətrafda çağlayan bulaq suları ilə qidalanır. Buna görə də gölün suyu çox soyuqdur.

Qanlıgöl dəniz səviyyəsindən 2420 metr yüksəklikdə, Keçəldağın ətəyində yerləşir. Təbii gölün əsasında eyniadlı su anbarı yaradılıb. Kükü kəndinin sakinləri bu dağların yamacındakı əkin sahələrini həmin gölün suyu ilə suvarırlar. Qanlıgölün qarşısında XVI əsrdən başlayaraq bir neçə dəfə bənd tikilib, ancaq möhkəm olmadığı üçün yazda qar-yağış sularından yaranan sellərə davam gətirməyərək dağılıb. XIX əsrin ortalarında burada yenə bənd tikilib. İrihəcmli dağ daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir.

Yerli sakinlərin sözlərinə görə, Qanlıgölün ən mənzərəli çağı sentyabrın ilk ongünlüyüdür. Çünki bu zaman gölün içindəki bulaqlar suyun çəkilməsi nəticəsində ortaya çıxır və füsunkar mənzərə yaranır. Qanlıgölü qidalandıran bulaqların içində ən məşhuru Pünhan bulaqdır. Göz yaşı kimi dumduru, buz kimi soyuq bulaq... Ana təbiət öz səxavətini bu yerlərdən əsirgəməyib.

Burada təbiət sanki açıq əczaxanadır. Gölün ətrafındakı dağlardan insanlar şəfalı bitkilər – çobanyastığı, dihcə, baldırğan, kəklikotu, yarpız, solmazçiçək, səhləb yığır, faydasından yararlanırlar. Bu yerlərin saf havası ilə nəfəs aldıqca cürbəcür otların, çiçəklərin ətri hiss olunur. Buradan həm də yaylaq ab-havası duyulur. Qanlıgöl yaylağında illərdir ki, Kükü kəndi ilə yanaşı, ətraf kəndlərdən, həmçinin Kəngərli rayonunun Xok, Şərur rayonunun Mahmudkəndindən təsərrüfat sahibləri gəlib yurd salır, mal-qara, qoyun-quzu saxlayırlar.

Obadakı heyvandarlıq və maldarlıqla məşğul olan zəhmətkeş insanlarla söhbətimiz də maraqlı oldu. Onlar deyirlər ki, oba həyatının öz gözəlliyi var. Burada zaman Günəşin hərəkəti ilə nizamlanır. Günəş səhər-səhər Keçəldağın arxasından boylanmağa başlayanda, hələ çəmənlərin şehi çəkilməmiş mal-heyvanı sağıb örüşə çıxarırlar. Qoyun-quzu mələşməsi, at kişnərtisi, çoban tütəyinin səsi sübhün soyuq sazağına qarışıb dağlarda əks-səda verir. Kimi təzəcə sağdığı süddən xama, qaymaq, pendir tutur, kimi şor-kərə, lor hazırlayır, qurut sərir, kimi də bir gün öncədən yığdığı dihcəni, ələyəzi hörükləyir...

Bu yerlər insanın ruhunu təzələyir, təbiət insana ilham verir. Bir daha hiss edirsən ki, sən də ana təbiətin ayrılmaz bir parçasısan.

Qanlıgöldən ayrılmaq, bu yerləri yazılı dillə insanlara çatdırmaq qədər çətindir. Böyük şairimiz Məmməd Araz demişkən:

Sənin qoynun bir güllü yaz,

Nələr yazım bu yaz haqda.

Sənin eşqin vəsf olunmaz

Beş varaqda, on varaqda.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb