REGİONLAR


İslami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub

Kürdəmir, 20 avqust, AZƏRTAC 

Kürdəmirdə rayon icra hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərdəki “İmam Rza” məscidində təşkil olunan görüşdə rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərindən danışıb. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən E.Qafarov bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü qeyd edib.

Görüşdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Əhmədov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub.

Çıxışlarda qarşıdan İslam aləminin ən əziz və müqəddəs günlərindən olan Qurban bayramının gəldiyi diqqətə çatdırılaraq, bu bayramın əsrlərboyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət etdiyi vurğulanıb. Bayramda imkanlı adamlar tərəfindən heyvanların kəsilməsi, imkansız ailələrə paylanması ilə əlaqədar zəruri şərtlərin təbliğinin vacibliyi, bununla əlaqədar din xadimlərinin üzərinə düşən vəzifələr barədə də ətraflı danışılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.