CƏMİYYƏT
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də ADA Universitetində NATO-nun müdafiə sahəsində təhsilin təkmilləşdirilməsi üzrə proqramının əfqanıstanlı məzunlarına sertifikatlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən NATO baş katibinin müavini xanım Rouz Gotemoller Əfqanıstanda hərbi təhsilin keyfiyyətinin yaxşılaşdırılması və təhlükəsizliyin möhkəmləndirilməsi üçün 14 əfqan vətəndaşının iştirak etdiyi bu proqramın həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Rouz Gotemoller bu cür proqramların həyata keçirilməsi üçün platforma yaratdığına görə Azərbaycana minnətdarlığını bildirib. O deyib ki, “DEEP Afghanistan” proqramının başlanmasından bəri Azərbaycan orada fəal iştirak edir və NATO-nun bu ölkədəki fəaliyyətinə böyük töhfə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:48]
İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib
- 24.04.2024 [14:43]
Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur
- 24.04.2024 [14:06]
Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq
- 24.04.2024 [13:02]