SİYASƏT
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
Bakı, 20 sentyabr, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 20-də ölkəmizə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Binəli Yıldırımı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.