CƏMİYYƏT


Azərbaycana payız gəldi...

Bakı, 23 sentyabr, AZƏRTAC

Bir neçə dəqiqə əvvəl Azərbaycana payız fəsli qədəm qoyub.

AZƏRTAC xəbər verir ki, sentyabrın 23-də yerli vaxtla saat 05:54-də gecə və gündüz bərabərliyi baş verib. Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə dekabrın 22-də yerli vaxtla saat 05:22-də gələcək.

Xatırladaq ki, sinoptiklər payızın ilk günü üçün yağıntılı hava şəraiti proqnozlaşdırırlar. Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimal edilir. Havanın temperaturu ötən günlə müqayisədə 2-4 dərəcə enəcək.

Necə deyərlər, məşhur mahnıdakı sözlər yerini tutmağa başlayır:

Payız gəldi, uçdu getdi quşlar,

Sən də getdin, bax yağdı yağışlar.

Payız gəldi, qərib oldu dəniz,

Bu dənizin gözü yaşlı sənsiz...

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.