ELM VƏ TƏHSİL


Azərbaycanda zubr və sayqakların reintroduksiya edilməsinin perspektivləri barədə müzakirələr aparılıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Rusiyanın Orenburq şəhərində təşkil olunan Böyük Avrasiya Çölləri VIII Beynəlxalq Forumunda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru, dosent Elman Yusifov təmsil edib.

Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirin plenar iclasında “Azərbaycanın bozqır landşaftlarının biomüxtəlifliyi” mövzusunda məruzə ilə çıxış edən E.Yusifov forum çərçivəsində Rusiya Elmlər Akademiyası (REA) Çöl İnstitutunun, Orenburq Dövlət Universitetinin, REA Coğrafiya İnstitutunun, Heyvanlar və Bitki Ekologiyası İnstitutunun rəhbərləri, tanınmış alimləri ilə görüşüb.

Görüşlərdə birdə layihələr barədə müzakirələr aparılıb və gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.

REA-nın Ural filialı Çöl İnstitutunun direktoru, akademik V.Çibilov, akademiklər V.Çibilov, A.Tişkov və V.Bolşakov ilə keçirilən görüşdə Azərbaycanın əlverişli ərazilərinə zubr və sayqakların reintroduksiya edilməsinin perspektivləri və nəzəri əsasları barədə müzakirələr aparılıb.

Sonra V.Çibilovun dəvəti ilə E.Yusifov Orenburq Dövlət Təbiət Qoruğu ərazisindəki prjeval atlarının reintroduksiyası edildiyi Orenburq Tarpaniyasında olub.

Səfər çərçivəsində E.Yusifov Rusiya Federasiyasında çapdan çıxan “Ekoloji monitorinq və biomüxtəliflik” (“Ekoloqiçeskiy monitorinq i bioraznoobraziya”) jurnalının redaksiya heyətinin üzvü seçilib. Bu, biomüxtəliflik üzrə çalışan alimlərimizin elmi nəticələrinin belə mötəbər jurnal vasitəsilə dünya elminə inteqrasiyasına imkan yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.