SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiya Federasiyasının iqtisadi inkişaf naziri ilə görüşüb

Naxçıvan, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı ümummilli liderimiz Heydər Əliyevin vətəni Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Muxtar respublika haqqında ətraflı məlumat verən Ali Məclisin Sədri Naxçıvan şəhərində rusdilli məktəbin fəaliyyət göstərdiyini, Naxçıvan Dövlət Universitetində rus dili ixtisasının, ümumtəhsil məktəblərində isə rus dili fənninin tədris olunduğunu qeyd edib. Ali Məclisin Sədri təhsil və turizm sahəsindəki əlaqələrdən bəhs edib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Naxçıvanda olmaqdan məmnunluğunu bildirən Maksim Oreşkin göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə diqqəti çəkən qonaq Naxçıvan Muxtar Respublikasının inkişafını əməkdaşlıqda vacib amil kimi dəyərləndirib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev görüşdə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.