ELM VƏ TƏHSİL


11 illik təhsil bazasında Maliyyə-İqtisad Kollecinin boş qalan yerlərinə qəbulda ən yüksək keçid balı 162 olub

Bakı, 12 oktyabr, AZƏRTAC

2021-2022-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulda Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kollecinə ən yüksək keçid balı dövlət sifarişi əsasında mühasibat uçotu ixtisasına 162.3 bal olub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alıb. Bildirilib ki, kollecdə ən aşağı keçid balı isə ödənişli əsaslarla sosial iş ixtisasına 86.7 bal olub.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kollecinin boş qalan plan yerlərinə dövlət sifarişi və ödənişli əsaslarla 5 ixtisas üzrə qəbul aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.