ELM VƏ TƏHSİL


11 illik təhsil bazasında kolleclərə xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə qəbul planı dolub

Bakı, 11 sentyabr, AZƏRTAC

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulunun nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kolleclərə xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə 11 min 115 nəfər qəbul olub. Onlardan 10 min 633 nəfəri Azərbaycan, 482 nəfəri isə rus bölməsində təhsil alacaq. Beləliklə, 11 illik təhsil bazasında kolleclərə xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə qəbul planı 99.96 faiz dolub.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar), həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.