Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Nicdə Bilik Fondunun “Azərbaycan dili” təlim kursu və “Diyarşünaslıq” dərnəyi fəaliyyətə başladı

Bakı, 8 oktyabr, AZƏRTAC

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq, multikulturalizm, tolerantlıq ideyalarının təbliği, yayılması, bu istiqamətlərdə maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi Bilik Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər dünyada udilərin yığcam məskunlaşdıqları yeganə yaşayış məskəni olan Qəbələ rayonunun Nic qəsəbəsində Bilik Fondunun dəstəyi ilə fəaliyyətə başlayan “Azərbaycan dili” təlim kursu və “Diyarşünaslıq” dərnəyinin ilk məşğələləri ilə bağlı tədbirdə və Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri ilə yerli gənclərin görüşündə səsləndirilib.

Fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Azərbaycançılıq - bizi birləşdirən dəyər” mövzusunda çıxışında vurğulanıb ki, ölkəmizdə və dünyada tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində udilərlə bərabər çox sayda azərbaycanlı, ləzgi və digər xalqlardan olan ailələr əsrlərboyu mehriban qonşuluq, bir-birlərinin adət-ənənələrinə, mədəniyyətlərinə qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycan dövlətinin ölkə ərazisində yaşayan müxtəlif xalqların öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qorumalarına, yaşatmalarına və inkişaf etdirmələrinə yüksək diqqəti və qayğısı bu qəsəbənin nümunəsində aydın görünür. Bilik Fondunun fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi layihələrdə udi gəncləri və ziyalılarının fəal və ardıcıl iştirakı faktlarla diqqətə çatdırılıb.

Qəbələ Rayon İcra Hakimiyyəti və Alban-Udi Xristian dini icmasının dəstəyi ilə Bilik Fondunun təşkil etdiyi təlim kursunun da azsaylı xalqların milli, dini özünəməxsusluğunun qorunub saxlanmasına və Azərbaycan cəmiyyətinə daha sıx inteqrasiyasına yeni imkanlar yaratdığını bildirən sektor müdiri kurs dinləyicilərini və dərnək üzvlərini Fondun rəhbərliyi və kollektivi adından təbrik edib, onlara uğurlar arzulayıb.

Rayon icra hakimiyyətinin Nic qəsəbəsi üzrə icra nümayəndəsi İbrahim Məmmədov, Alban-Udi Xristian icmasının sədri Robert Mobili, “Cotari” alban kilsəsinin dini rəhbəri Rafik Danakari və başqaları çıxış edərək, Azərbaycan Prezidentinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizdə multikultural və tolerant mühitin yarandığını, Bilik Fondunun Nicdə həyata keçirdiyi layihələrin səmərəli nəticələr verdiyini minnətdarlıqla qeyd ediblər.

Bakı Dövlət Universiteti, Azərbaycan və Bakı Qızlar universitetlərinin tələbələri “Cotari” alban kilsəsində, Dini-Maarifləndirmə Mərkəzində olublar. Bildirilib ki, Bilik Fondunun dəstəyi ilə qurulan kitabxana hazırda qəsəbə sakinlərinin ən çox üz tutduğu maarifləndirici məkanlardan biridir.

Qəsəbədə açıq səma altında 3 hektar sahədə yeni yaradılmış unikal məkan - “Azərbaycan Udi Ocağı” Mədəniyyət Mərkəzi ilə tanışlıq da “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu üzvlərinin yaddaşında silinməz iz qoyub.

Muzeyin qurucusu, dünya şöhrətli memar-rəssam Şahvələd Məmmədov qonaqları park-muzeylə tanış edib. Əsərləri Almaniya, Rusiya, Avstriya, Türkiyə və başqa ölkələrdə sərgilənən, UNESCO-nun türk dünyası təmsilçisi olan Ş.Məmmədov Bilik Fondunun layihələrində iştirak etməyə hazır olduğunu bildirib.

Bilik Fondu əlaqədar dövlət qurumlarının dəstəyi ilə tələbələrin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun Çuxur Qəbələ Arxeologiya Mərkəzinə də səfərini təşkil edib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Elmira Cəfərova tələbələrə Qəbələnin Alban-Azərbaycan tarixində yeri, rolu, burada aparılan son arxeoloji tədqiqatların aşkar etdiyi elmi yeniliklər, əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Bildirib ki, 800 il Albaniyanın paytaxtı olmuş Qəbələdə arxeoloji tədqiqatlar 1926-cı ildən başlayaraq müəyyən fasilələrlə, 1959-cu ildən isə ardıcıl şəkildə aparılır. Son illərdə azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb.

Qəbələ-Kabala şəhərinin yerləşdiyi tarixi ərazini gəzən tələbələrin çoxsaylı suallarını cavablandıran arxeoloq-alim Qafqazda ilk insan məskənlərindən olan bu ərazidə dövlət başçımızın tapşırığı və himayəsi ilə genişmiqyaslı elmi-tədqiqat işlərinin davam etdiyini diqqətə çatdırıb.

Ekskursiya iştirakçıları Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri olmuş Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ötən il haqq dünyasına qovuşmuş professor İlyas Babayevin xatirəsini də ehtiramla yad ediblər.

Çuxur Qəbələ arxeoloji sahəsi dünya arxeoloqlarının da diqqət mərkəzindədir. İtaliya və Almaniyadan gəlmiş turistlər, elm adamları da həmin gün tarixçi tələbələrlə Qoruqda birlikdə gəzib, təəssüratlarını gənclərlə bölüşüblər. Qoruğun mühafizə bölməsindən verilən məlumata görə, bu ilin əvvəlindən muzeyə gələn xarici turistlərin sayı 12 mini keçib.

Bilik Fondunun maarifçilik fəaliyyətində əsas istiqamətlərdən biri də böyüməkdə olan nəslin vətənsevərliyini, müstəqil dövlətçiliyimizə məhəbbətini yüksəltmək, onları ölkəmizin gəzməli, görməli yerləri ilə tanış etməkdir.

Bakı Dövlət Universitetinin Türkiyədən olan 3-cü kurs tələbəsi Oğuz Bayraktar paytaxt Bakıdan kənara ilk dəfə çıxdığını, Qəbələnin füsunkar təbiəti ilə əyani tanışlığın və ekskursiyanın yaddaşında silinməz iz buraxdığını bildirib. Əlavə edib ki, Bilik Fondunun reallaşdırdığı ekskursiyanın Qobustandakı Acıdərə Türk Şəhidliyini ziyarətlə başlaması, 100 illik yubileyini Türkiyə və Azərbaycanın birgə bayram etdiyi Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu barədə aldığı informasiya onu mütəəssir edib və təəssüratlarını Türkiyədəki dostları, doğmaları ilə bölüşüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb