REGİONLAR


Şəki şəhəri Kolmar Milad bayramı bazarında təmsil olunur

Kolmar, 24 noyabr, AZƏRTAC 

Azərbaycanın Şəki şəhəri Fransanın Kolmar ənənəvi Milad bayramı bazarında öz pavilyonu ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, Kolmar şəhərinin meri Jilber Meyer Milad bayramı bazarının açılış mərasimində çıxışı zamanı Şəki şəhəri ilə imzalanan dostluq və əməkdaşlıq xartiyasını xatırladıb. O, Şəki nümayəndə heyətinin səfərini və bayram bazarında iştirakını yüksək qiymətləndirib.

Açılış mərasimindən sonra mer Jilber Meyer və Yuxarı Ren prefektinin Kolmar şəhəri üzrə müavini Kristof Marksın rəhbərliyi ilə şəhər meriyasının nümayəndələri və Şəki şəhərinin nümayəndə heyətinin üzvləri Milad bayramı münasibətilə Kolmarın müxtəlif məkanlarında təşkil olunmuş bayram bazarlarını, eləcə də Şəki pavilyonunu ziyarət ediblər.

Şəki Milad pavilyonunda şəhər sənətkarlarının hazırladıqları əl işləri, suvenirlər nümayiş olunur.

Milad bayramı bazarının açılışında Fransadakı səfirliyimizin ikinci katibi Vüqar Əliyev da iştirak edib.

Kolmar Milad bayramı bazarı dekabrın 25-dək davam edəcək.

Xatırladaq ki, iki şəhər arasında 2015-ci il mayın 20-də Şəkidə, həmin il noyabrın 20-də isə Kolmarda dostluq və əməkdaşlıq xartiyası imzalanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Kolmar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.