MƏDƏNİYYƏT


“Söz”ün növbəti tədbiri Molla Pənah Vaqif yaradıcılığına həsr edilib

Bakı, 7 dekabr, AZƏRTAC

“Söz” ədəbi-bədii layihəsinin Beynəlxalq Muğam Mərkəzində ilk tədbiri görkəmli şair Molla Pənah Vaqifin poeziyasına həsr olunub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan layihə Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə gerçəkləşib. Gecədə Əməkdar artistlər Elxan Rza, Hüsniyyə Mürvətova, aktyorlar Kamal Yaşar, Ləman Mеhri şairin yaradıcılığından gözəl nümunələr səsləndiriblər. Gənc xanəndələr Pərviz Qasımov, Elgiz Əliyev, Könül Məmmədli, AzTV-nin Cahangir Cahangirov adına Xor Kapellası bulaq kimi axan Vaqif misralarının musiqi ilə həmahəng harmoniyasından yaranan xoş duyğuları qonaqlarla bölüşüb. “Söz” layihəsinin budəfəki buraxılışı gecəyə təşrif buyuranlara muğam, musiqi və Vaqif yaradıcılığını mistik bir atmosferdə təqdim edib.

Sonda layihənin rəhbəri Nigar Həsənzadə tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkür edib.

Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində milli mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri uğurla davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.