Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan, 10 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Muxtar respublikada idman sahəsi hər zaman diqqətdə saxlanılır, gənclərin idmana və təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülür, hər il bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müşavirə keçirilir, vəzifələr müəyyənləşdirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada sağlam gənc nəsil yetişir. Gənclər zərərli vərdişlərdən uzaqdır. İdman sahəsində uğurlar qazanılır.

Ali Məclisin Sədri sağlam gənc nəslin hazırlanmasında əməyi olanlara təşəkkür edib.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bədən tərbiyəsi və idmanın inkişafı sahəsində görülən işlər barədə məlumat verərək deyib: Naxçıvan Muxtar Respublikasında müasir idman infrastrukturu formalaşdırılıb, uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılıb. 2002-ci ildə boks, güləş, karate-do, şahmat, futbol, voleybol, basketbol, yüngül atletika, 2006-cı ildə paralimpiya, 2013-cü ildə atıcılıq, hava və ekstremal idman növləri, 2018-ci ildə kikboksinq federasiyaları yaradılıb. Həmçinin bu il muxtar respublikada bir sıra beynəlxalq turnirlər, Azərbaycan çempionatları keçirilib, eləcə də idmançılarımızın Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda iştirakı təmin edilib. Məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara nümunəvi dərslərin keçirilməsi diqqətdə saxlanılıb, bütün idman növləri və federasiyalar üzrə peşəkar və təcrübəli məşqçilər muxtar respublikaya dəvət edilib, komandaların təlim-məşq toplanışları keçirilib.

Qeyd olunub ki, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası Xaçmaz rayonunda keçirilən respublika çempionatının final mərhələsində muxtar respublikanı təmsil edərək, birinci yerin sahibi olub. Həm böyüklər, həm gənclər, həm də yeniyetmələr arasında keçirilən bütün yarışlarda nailiyyətlər qazanılıb. 2018-ci ildə muxtar respublika idmançıları Dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiadasında 1, Beynəlxalq turnirlərdə 84, Azərbaycan birinciliklərində 99 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançısı Nizami Novruzov çıxış edərək deyib ki, muxtar respublikada müasir idman infrastrukturunun yaradılması gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Yaradılan şərait, göstərilən diqqət və qayğı nəticəsində hazırda muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olan yeniyetmə və gənclərin sayı gündən-günə artmaqdadır. Olimpiadalarda, digər mötəbər yarışlarda qələbələr qazanan, dünyanın nüfuzlu arenalarında Azərbaycan bayrağının qaldırılmasına, himnimizin səsləndirilməsinə nail olan idmançılar böyük qayğı və diqqətlə əhatə olunurlar. Bu gün idman muxtar respublikamızda dövlət tərəfindən ən çox qayğı ilə əhatə olunmuş sahələrdəndir. Göstərilən diqqətin nəticəsidir ki, idmançılar cəmiyyətin sayılıb-seçilən üzvlərinə çevriliblər. Nizami Novruzov idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika idmançıları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətinin davam etdirilməsi nəticəsində müasir idman infrastrukturu formalaşdırılmış, idman sahəsində uğurlara nail olunmuş, Azərbaycan idman ölkəsinə və beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “İdman sağlam həyat tərzidir. İdman gəncləri vətənpərvərlik ruhunda tərbiyə edir. İdman ölkələri dünya miqyasında tanıdır. Əgər biz Olimpiya Oyunlarında yüksək nəticə göstərmiş ölkələrin siyahısına baxsaq görərik ki, onların tam əksəriyyəti inkişaf etmiş ölkələrdir. Yəni, ancaq inkişaf etmiş ölkələrdə idman daha çox inkişaf edə bilər. Azərbaycan da inkişafda olan ölkədir”.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılmış şərait idmanın kütləviliyinə öz təsirini göstərmiş, muxtar respublikamızda müxtəlif beynəlxalq və ölkə səviyyəli yarışlar keçirilmiş, idmançılarımız nüfuzlu beynəlxalq yarışlarda nailiyyətlər qazanmışlar. Bununla yanaşı, uşaq və gənclərin idmana cəlbi istiqamətində də əsaslı işlər görülməkdədir. Hazırda muxtar respublikada idmanla 27 mindən çox uşaq və gənc məşğul olur. Onların 21 min 397-si oğlan, 6002-si isə qızdır. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən də 361-i idmanla məşğul olur. Bədən tərbiyəsi və idmanla məşğul olmaq təkcə yarışlarda iştirak etmək və yüksək nailiyyət əldə etmək məqsədi daşımır, eyni zamanda zərərli vərdişlərin qarşısının alınmasında, əhali sağlamlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu xüsusatı əsas götürərək ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində yaradılanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə edə bilsinlər.

Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək deyib ki, Gənclər və İdman Nazirliyi və idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması sahəsində fəaliyyətlərini gücləndirməli, idmanın müxtəlif növləri üzrə Naxçıvan Muxtar Respublikası birinciliklərinin keçirilməsi davam etdirilməlidir. Muxtar respublikada keçirilən idman yarışları, xüsusən də ölkə və beynəlxalq səviyyəli yarışlar gənc idmançıların təcrübəsinin artırılmasında mühüm rol oynayır. Gənclər və İdman Nazirliyi, idman federasiyaları bu cür idman yarışlarının keçirilməsini davam etdirməlidirlər. Gənclər və İdman Nazirliyi və idman federasiyaları Azərbaycanın iştirak etdiyi beynəlxalq yarışlarda muxtar respublika idmançılarının da iştirakını təmin etməlidir.

Ali Məclisin Sədri deyib: İdman federasiyaları bölmələrin fəaliyyətlərini gücləndirməli, federasiyadaxili idman yarışları keçirilməlidir. Rayon icra hakimiyyətləri də bu məsələyə diqqəti artırmalı, idman federasiyaları ilə birlikdə rayondaxili və rayonlararası idman yarışlarının keçirilməsi təmin edilməlidir. Peşəkar məşqçilərin hazırlanması və idmançılara məşğələlərin keçirilməsi 2019-cu ildə də Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları tərəfindən davam etdirilməli, muxtar respublikaya təcrübəli məşqçilər dəvət olunmalı, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin keçirilməsi təmin edilməlidir.

Gənclər və İdman Nazirliyi və idman federasiyaları idmançı gənclərin və məşqçi müəllimlərin sosial problemlərinin həlli üçün zəruri tədbirlər görməlidir. Gənclər və İdman Nazirliyi federasiyalarda olan istedadlı gəncləri hamiliyə götürməlidir. Keçirilən birincilik və yarışlarda yeni istedadlı idmançılar üzə çıxır. İdman federasiyaları federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılmasını və hər yarışdan sonra yenilənməsini təmin etməli, Gənclər və İdman Nazirliyi gənc idmançıların elektron məlumat bankının yaradılmasını əlaqələndirməli və nazirliyin saytında yerləşdirməlidir. Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası sahəsində tədbirləri davam etdirməli, bədən tərbiyəsi və idmanın bu kateqoriyadan olan şəxslərin reabilitasiyasına təsiri ilə bağlı təbliğat işini gücləndirməlidir.

Müşavirədə mövcud stadionlardan səmərəli istifadə, eyni zamanda, yerlərdə stadionların yenidən qurulması işinin davam etdirilməsi şəhər və rayon icra hakimiyyətləri ilə Gənclər və İdman Nazirliyinə tapşırılıb. Qeyd olunub ki, muxtar respublikada yaradılan idman infrastrukturunun, o cümlədən idman obyekt və qurğularının qorunması və onlardan səmərəli istifadə üçün Gənclər və idman Nazirliyi, Təhsil Nazirliyi, idman federasiyaları, şəhər və rayon icra hakimiyyətləri birgə fəaliyyət göstərməlidirlər. Təhsil Nazirliyi böyüməkdə olan nəslin fiziki inkişafına, onların sağlamlığına qayğı ilə yanaşmalıdır. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət və uşaq-gənclər şahmat və idman məktəblərinin fəaliyyəti gücləndirilməli, idman yarışları və spartakiadalar müvafiq idman federasiyaları ilə birlikdə təşkil edilməlidir.

Ali Məclisin Sədri tapşırıb ki, işində nöqsanlara yol verən idman federasiyaları qarşıdakı dövrdə öz fəaliyyətlərində dönüş yaratmalı, idmanın kütləviliyini təmin etmək üçün təbliğat mexanizmi düzgün qurulmalı, muxtar respublikanın kütləvi informasiya vasitələri bununla bağlı tematik materiallar hazırlamalı, bədən tərbiyəsi və idmanın həyat tərzinə çevrilməsinə çalışmalıdırlar. İdman federasiyaları, Gənclər və İdman Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri 2019-cu ildə hər bir şəhər və rayon ərazisində keçiriləcək idman tədbirlərinin planını təsdiq edib, icrasını təmin etsinlər. Bədən tərbiyəsi və idman gənc nəslin yetişdirilməsi sahəsində qarşıda duran vəzifələrin mühüm tərkib hissəsidir. Ona görə də, bütün aid təşkilatlar üzərlərinə düşən vəzifələrin məsuliyyətini dərk edərək, bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafına nail olmalıdırlar.

Ali Məclisin Sədri qeyd olunan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri 2018-ci ildə ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələrə görə 7 idmançıya və 4 məşqçi müəllimə mükafat təqdim edib.

Mükafatlandırılanlardan Şəfi Hüseynov, Şəhriyar Məmmədov və Yasin İbrahimov əməklərinə verilən qiymətə görə minnətdarlıq ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev – 2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb