ELM VƏ TƏHSİL


“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının növbəti nömrələri çap olunub

Bakı, 13 dekabr, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) “Azərbaycanda rus dili və ədəbiyyatı” elmi-metodik və mədəni-ictimai jurnalının birinci və ikinci nömrələri işıq üzü görüb.

BSU-dan AZƏRTAC-a bildirilib ki, jurnal rektor, professor Nurlana Əliyevanın “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” sərlövhəli geniş məqaləsi ilə açılır.

Jurnalda ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Ümidləri doğruldan universitet” kitabının təqdimatına, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilmiş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” elmi-praktik konfransa və “Puşkiniano” layihəsinin 20 illiyinə həsr edilmiş yazılar yer alıb.

Jurnalda, həmçinin “Mark Aldanovun yaradıcılığında tarix konsepsiyası”, “Yer cənnətinin obrazı”, “Sabir Rüstəmxanlının “Ömür kitabı”nın rus dilinə tərcüməsi haqqında” və s. məqalələr dərc olunub.

Jurnalda poeziyaya geniş yer verilib. Valentina Əfəndiyeva, Aynel Aydayeva, Gülnarə Səfərəliyeva, Lalə Bağırova və Elaza Babayevanın yeni poetik nümunələri oxuculara təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.