Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

General-leytenant Rəşad Sadiqov: düşmənlə üz-üzə səngərdə durmaq Azərbaycan sərhədçisi üçün böyük şərəfdir

General-leytenant Rəşad Sadiqov: düşmənlə üz-üzə səngərdə durmaq Azərbaycan sərhədçisi üçün böyük şərəfdir

Bakı, 15 dekabr, Məhərrəm Əlioğlu, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına həvalə olunub. Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini, general-leytenant Rəşad Sadiqov bununla bağlı AZƏRTAC-a məxsusi müsahibə verib.

- 2018-ci ildə Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində Xidmət rəisi, general-polkovnik Elçin Quliyev Ermənistan ilə dövlət sərhədinin bir hissəsinin Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən mühafizə altına götürüldüyünü bildirib. Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əsas təyinatı dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsidir. Dövlət sərhədlərimizin bütövlükdə mühafizə olunması Azərbaycan sərhədçisinin ən böyük amalı, ən vacib missiyasıdır.

Qeyd edim ki, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə 132 kilometrlik, Ermənistanla isə 733 kilometrlik dövlət sərhəd zolağı hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası, həmçinin Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisində Ermənistanla dövlət sərhədinin keçdiyi təmas xəttində xidmət-döyüş fəaliyyəti 1992-ci ildən etibarən Müdafiə Nazirliyinin hərbi hissə və bölmələri tərəfindən təşkil olunub.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan ilə dövlət sərhədinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinə başlanılması barədə qərarının Azərbaycan Sərhəd Mühafizəsi üçün tarixi əhəmiyyəti var. Çünki Dövlət Sərhəd Xidmətinə bu tapşırığın verilməsi ilə sərhədlərimizin sərhədçilər tərəfindən tam mühafizə altına götürülməsinin əsası qoyulub.

Bu qərar Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimad və etibarının ifadəsidir. Qərarın yüksək səviyyədə həyata keçirilməsi Dövlət Sərhəd Xidmətinin hər bir zabitinin, gizirinin, çavuşunun, əsgərinin şərəf işidir. Biz bundan qürur duyur və fəxr edirik ki, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsi artıq Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən mühafizə olunur.

- Bu mühüm tapşırığın icrasına Dövlət Sərhəd Xidmətinin hazırlıq vəziyyəti haqqında nə deyə bilərsiniz?

- Hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında son illər ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsi, hərbi hissə və bölmələrin döyüş hazırlığının gücləndirilməsi, yeni silahların və döyüş texnikasının xidməti fəaliyyətdə tətbiqi, şəxsi heyətin peşəkar hazırlığının yüksəldilməsi sahəsində əldə olunan ciddi nailiyyətlərdən danışıb. Vurğulanıb ki, 2017-ci ildə mühüm struktur islahatlarının həyata keçirilməsi, Dövlət Sərhəd Xidmətinin tərkibində dörd silahlı birləşmənin - Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətinin yaradılması ilə xidməti fəaliyyət daha da optimallaşdırılıb, nəticə etibarilə Azərbaycan Sərhəd Mühafizəsində qarşıya qoyulan hər bir tapşırığı yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial formalaşdırılıb.

Son illərdə Prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən bütün tapşırıqlar Azərbaycan sərhədçiləri tərəfindən peşəkarlıqla yerinə yetirilib. Dövlət Sərhəd Xidmətinə verilmiş döyüş tapşırıqlarının şəxsi heyət tərəfindən yüksək səviyyədə icra edilməsi Azərbaycan Sərhəd Mühafizəsinin döyüş hazırlığının ciddi nümayişi olub. Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Ali Baş Komandan İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib. Bu tapşırıq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən hazırda uğurla icra olunur. Artıq həmin ərazilərdə xidməti-döyüş fəaliyyəti Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən təşkil edilib, bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlər görülür.

Eyni zamanda, Dövlət Sərhəd Xidmətində effektiv kadr hazırlanması sisteminin mövcud olması da bu kimi tapşırıqların icrası üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2007-ci il iyunun 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması haqqında Sərəncam imzalayıb, 2010-cu il avqustun 10-da DSX Akademiyası kompleksinin açılışında şəxsən iştirak edib. 2011-ci il oktyabrın 13-də DSX-nin nəzdində xüsusi təyinatlı orta təhsil müəssisəsi statusunda Xüsusi Məktəb yaradılıb. Bu məqsədlə ayrılmış binalar Heydər Əliyev Fondunun dəstəyi ilə tam təmir edilib və zəruri tədris bazası ilə komplektləşdirilib. 2011-ci ildə məktəbin, cari il martın 5-də isə onun yeni korpusunun açılışı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən edilib. Ölkə rəhbərliyinin bu diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətində peşəkar zabit kadrların hazırlanması üzrə 11 illik - yəni 7 il Xüsusi Məktəbdə, 4 il isə DSX Akademiyasında hərbi təhsili nəzərdə tutan mükəmməl sistem formalaşdırılıb. 2018-ci ildə DSX Akademiyasının yeddinci, DSX Xüsusi Məktəbinin isə dördüncü buraxılışı olub və nəticədə peşəkar zabit hazırlığı sahəsində önəmli irəliləyişlər əldə edilib.

Bununla yanaşı, onu da qeyd etmək istərdim ki, Qazax və Ağstafa rayonları ərazisindəki sərhəd xəttində mövcud olan hərbi infrastrukturun Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi, həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının daha da gücləndirilməsinə yönəlib.

- Ermənistan ilə dövlət sərhədində xidmət aparan sərhədçilərin mənəvi-psixoloji durumu necədir?

- Şəxsi heyətin Heydər Əliyev dövlətçilik ənənələri və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərinə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən xüsusi önəm verilir. Böyük fərəhlə qeyd edirəm ki, Ermənistanla dövlət sərhədində xidmət etmək üçün Dövlət Sərhəd Xidmətinin rəisinə sərhədçi zabitlər, gizirlər və çavuşlar çoxsaylı raportlar yazıb, düşmənlə təmas xəttində xidmətə göndərilmələri barədə müraciətlər ediblər. Təbii ki, Ermənistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətinin digər həmsərhəd dövlətlərlə sərhədlərin mühafizəsindən bir çox fərqli cəhətləri və çətinlikləri var. Bu istiqamət həm sərhəd, həm də səngərdir. Lakin bütün çətinliklərə baxmayaraq, düşmənlə üz-üzə səngərdə durmaq, bir daha qeyd edirəm, Azərbaycan sərhədçisi üçün böyük şərəfdir.

- Qeyd etdiyiniz istiqamətlərdə sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə hazırda nə kimi tədbirlər həyata keçirilir?

- Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətinə başladığı ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması məqsədilə sərhəd xətti boyu sərhəd məntəqələrində əsaslı tikinti işləri aparılır. Bu işlərin mühüm hissəsi artıq yekunlaşmaq üzrədir. Sərhəd məntəqələrinə yolların, elektrik, qaz və su xətlərinin çəkilməsinə başlanılıb. Sərhəd məntəqələrində modul tipli müasir xidməti otaqların və evlərin quraşdırılması, səyyar mətbəxlər, hamamlar və digər təyinatlı konstruksiyaların qurulması sayəsində şəxsi heyət üçün lazımi məişət şəraitinin yaradılması, şəxsi heyətin gündə üç dəfə isti yeməklə təmin edilməsi, sərhəd məntəqələrinin su çənləri, elektrik generatorları, universal sobalar ilə təchizatı da bu qəbildən olan işlərdir.

Cənab Prezident tərəfindən zəruri infrastrukturun yaradılması barədə tapşırıqlar verilib. Yuxarıda qeyd etdiyim tədbirlər təbii ki, fəaliyyətimizin başlanğıcıdır və yaxın bir ildə bu istiqamətdə daha əsaslı işlər görüləcək.

- 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin qarşısında hansı xidməti hədəflər dayanır, prioritetlər nədən ibarətdir?

- Dekabrın 14-də keçirilmiş hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev silahlı birləşmələr və hərbi hissələr qarşısında duran əsas vəzifələri qeyd edib. Buraya Ermənistan ilə dövlət sərhədində sərhəd mühafizə infrastrukturunun yaradılmasının davam etdirilməsi, Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi, bu istiqamətdə yeni sərhəd dəstələrinin formalaşdırılması və xidməti-döyüş fəaliyyətinə başlamaları üzrə əlavə tədbirlərin görülməsi daxildir. Digər mühüm vəzifələr silahlı birləşmələrin döyüş hazırlığının yüksəldilməsi, bütün hərbi hissələrin müxtəlif iqlim və relyef şəraitlərində döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarının gücləndirilməsi, dövlət sərhədində təhdidlərin qarşısının alınmasına, fövqəladə və digər hallarda adekvat tədbirlərin görülməsinə daimi hazırlığın təmin edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd keçid prosedurlarının daha da sadələşdirilməsinə və sürətləndirilməsinə nail olunmasıdır.

Prioritetlər sırasında DSX-nin Sahil Mühafizəsi tərəfindən dənizdə sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, Xəzər dənizində müşahidə, axtarış və xilasetmə imkanlarının daha da inkişaf etdirilməsi, havadan nəzarətin təşkili, sahil nəzarəti məntəqələrinin xidməti-döyüş fəaliyyətinin gücləndirilməsi, DSX-nin zabitlərlə, xüsusilə gizir və müddətdən artıq çavuş heyəti ilə komplektləşdirilməsi işinin intensivləşdirilməsi, yeni hərbi hissələrin ixtisaslı zabit və gizir heyəti ilə komplektləşdirilməsi də yer alır.

DSX-nin daxili normativ hüquqi aktlarını təkmilləşdirmək, sərhəd dəstələri və hərbi hissələr üçün yeni alınan texnika və avadanlıqların öyrənilməsi işinin yüksək səviyyədə təşkilinə nail olmaq, mövcud maddi dəyərliləri qoruyub saxlamaq və xidmətə daha effektiv tətbiqi hesabına dövlət vəsaitinə qənaət etmək, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubiley tədbirlərini yüksək səviyyədə həyata keçirmək, müstəqillik illərində dövlət sərhədlərinin mühafizəsi sahəsində əldə olunmuş uğur və nailiyyətləri geniş ictimaiyyətə çatdırmaq da qarşıya mühüm vəzifə kimi qoyulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO