SİYASƏT


"EurActiv" portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”

Brüssel, 18 dekabr, AZƏRTAC

Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu "EurActiv" xəbər portalı dekabrın 12-də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında keçirilmiş görüş barədə “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir” adlı məqalə yayıb.

Məqalədə bildirilir ki, Azərbaycanın paytaxtı 2018-ci il ərzində artıq ikinci dəfədir bu formatda görüşə ev sahibliyi edir. Prezident İlham Əliyev ilə görüşü zamanı NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti Bakının NATO-Rusiya formatında görüşün keçirilməsi üçün tam münasib məkan olduğunu deyib və Azərbaycanın artıq ikinci dəfədir belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.

Yazıda Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin görüşlə bağlı fikirlərinə də yer verilib: “Azərbaycan və ABŞ arasındakı strateji münasibətlər təhlükəsizlik, enerji və iqtisadi sahələrdə əməkdaşlığı əhatə edir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır, əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır. Azərbaycan Respublikası, xüsusilə Bakı şəhəri regionun “diplomatik paytaxtı” olaraq humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır".

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.