ELM VƏ TƏHSİL


BSU-nun elmi şurasının iclasında 2018-ci ilin yekunları müzakirə olunub

Bakı, 28 dekabr, AZƏRTAC

Dekabrın 28-də Bakı Slavyan Universitetinin (BSU) elmi şurasının iclası keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, iclasda bu ali məktəbin rektoru, professor Nurlana Əliyeva 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün geniş şəkildə qeyd olunmasının əhəmiyyətini vurğulayıb. Bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunduğunu xatırladan rektor Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

BSU-da 2018-ci ildə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, tədris, elm və beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurlardan danışan professor Nurlana Əliyeva bir qrup əməkdaşın Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif mükafatlara layiq görüldüyünü söyləyib.

İclasda qarşıda duran vəzifələr də diqqətə çatdırılıb.

Sonra ilin yekunlarına görə universitetin fəal əməkdaşlarına diplom və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.