CƏMİYYƏT


Səhiyyə Nazirliyi: donuz qripi barədə yayılanlar həqiqətə uyğun deyil

Bakı, 16 yanvar, AZƏRTAC

Son günlər sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin virusun ölkəmizdə yayılmadığı barədə dəfələrlə epidemioloq, infeksionist və digər mütəxəssislər konkret olaraq bildiriblər.

Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqədardir. Nazirlik bir daha yayılan həmin məlumatların doğru olmadığını bildirir və qeyd edir ki, həqiqətdən uzaq olan həmin məlumatların heç bir əsası yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.