İQTİSADİYYAT


Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirilib YENİLƏNİB

Bakı, 26 yanvar AZƏRTAC

Yanvarın 26-da Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri, "Baku School of PR" şirkətinin direktoru İlham Məmmədzadə forumun ölkədə PR mütəxəssislərinin yetişməsində xüsusi rol oynayacağını deyib. Bildirib ki, məqsəd türkdilli dövlətlərin PR mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün yeni platforma yaratmaq və bu ölkələrdə ictimaiyyətlə əlaqələr sektorunun inkişafına töhfə verməkdir. İlk forumunun məhz Bakıda təşkil olunması ölkəmizin türkdilli dövlətlərin inteqrasiya mərkəzinə çevrilməsinin göstəricisidir.

Çıxış edənlər forumun iştirakçılara təcrübə mübadiləsi, dünyanın aparıcı PR mütəxəssisləri ilə ünsiyyət, yeni işgüzar münasibətlərin formalaşdırılması, PR sahəsindəki ən son tendensiyalarla tanışlıq imkanları yaradacağını deyiblər.

Forum işini "Müasir kommunikasiya texnologiyalarının inkişaf trendləri", "Ölkə brendi və PR", "Türkdilli ölkələrdə PR-ın vəziyyəti: problemlər və perspektivlər" mövzularında sessiyalarla davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.