ELM VƏ TƏHSİL
İtaliya jurnalistləri ADU-da olublar
Bakı, 29 yanvar, AZƏRTAC
İtaliyanın tanınmış “İl Messaggero” qəzetinin müxbiri Rossella Fabiani, “Agenzia Nova” xəbər agentliyinin əməkdaşı Valerio Palombaro, “Askanews” xəbər agentliyinin jurnalisti Moscatelli Orietta və “Radio Radicale”nin nümayəndəsi ADU-nun İtalyan Mərkəzində qonaq olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova keçirilən ixtisaslar, beynəlxalq əlaqələr departamentinin əməkdaşı İlham Abasov universitetlərarası əlaqələr və İtalyan Mərkəzinin müdiri Nərgiz Cəfərova rəhbərlik etdiyi mərkəzin fəaliyyəti haqqında qonaqlara məlumat verib. Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin xarici dillər kafedrasının baş müəllimi Gülnar Məlikova italyan dilinin tədrisindən danışıb.
Jurnalistlərdən ibarət nümayəndə heyəti artıq 4 gündür Azərbaycandadır. Onlar bir sıra yüksək rütbəli şəxslərlə görüşüb, yanvarın 26-da Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gedərək qaçqın ailələrinə baş çəkiblər.
Onlar əldə etdikləri məlumatları İtaliya mətbuatında geniş şəkildə işıqlandırıblar.