ELM VƏ TƏHSİL


Cəfər Cabbarlının şəxsi arxivi rəqəmsallaşdırılır

Bakı, 12 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq, böyük yazıçı və dramaturqun AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materiallarının rəqəmsallaşdırılmasına başlanılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi və kinossenarist Cəfər Cabbarlının şəxsi arxivində hazırda 2000-dən çox sənəd qorunur. Arxiv materiallarının rəqəmsallaşdırılması həmin sənədlərdə olan məlumatların elektron versiyasını istifadəçilərə çatdırmağı, bununla da orijinalın qorunmasını təmin etməyi nəzərdə tutur. 759 saxlama vahidi təşkil edən arxiv sənədlərinin 39-nun elektron versiyası artıq hazırdır və iş davam edir.

Cəfər Cabbarlının Əlyazmalar İnstitutunun elektron resurslar şöbəsi tərəfindən yaradılan elektronlaşdırılmış sənədli irsi tədqiqatçılarda böyük maraq doğuracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.