REGİONLAR
Qış aylarında ekoturizm həvəskarları üçün səyahət məkanı – Gədəbəy FOTOLENT
Gədəbəy, 19 fevral, AZƏRTAC
Bir neçə gündür Azərbaycanın əksər bölgələrinə, xüsusilə dağlıq ərazilərə qar yağır. Təbiətin ağ örpəyə bürünməsi əsrarəngiz qış mənzərələri yaradıb.
Son illər qış aylarında ekoturizm həvəskarlarının ən sevimli səyahət məkanlarından biri də Gədəbəy rayonudur.
AZƏRTAC azərbaycanlı fotoqraf İradə Qədirovanın Gədəbəyin Dəyəqarabulaq kəndindən keçərək, elmi ədəbiyyata "Namərd qala”, yerli əhali arasında isə "Qız qalası” kimi tanınan qalaya ekskursiya zamanı çəkdiyi fotoları təqdim edir.
Fotolentdə bəyaz örpəyin yaratdığı əsrarəngiz gözəlliklərlə yanaşı, Şəmkirçay ətrafındakı şəhər xarabalığında indiyədək salamat qalan “Mahrasa” məbədinin şəkillərini də görəcəksiz.
Ekoturizm həvəskarları Gədəbəyi dağlıq ərazisinə və qış aylarındakı sərt havasına görə bəzən obrazlı şəkildə “Azərbaycanın İsveçrəsi” adlandırırlar.
Bu fotolar qışı sizə bir daha sevdirəcək.