ELM VƏ TƏHSİL
BSU-da Xocalı soyqırımına həsr olunmuş tədbirlər davam edir
Bakı, 27 fevral, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirlər proqramı çərçivəsində ölkəşünaslar dərnəyi tərəfindən 1000 ədəd qara lent hazırlanaraq Xocalı soyqırımına həsr olunmuş anım mərasimində iştirakçılara paylanılıb. Dərnəyin sədri, II kurs tələbəsi Aysel Qaybaliyeva bildirib ki, aksiya BSU-nun rəhbərliyi, müəllim və tələbələr tərəfindən yüksək qiymətləndirilib. Onun sözlərinə görə, qara lent aksiyası BSU-da təhsil alan əcnəbi tələbələrə Xocalı həqiqətlərinin çatdırılması məqsədilə keçirib.
Ölkəşünaslar dərnəyi tərəfindən tərcümə fakültəsinin tələbələri ilə birgə BSU-nun foyesində Xocalı qurbanlarının xatirəsinə həsr olunan stend hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]