Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Gürcüstan Prezidenti Salome Zurabişvili AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibə verib VİDEO

Gürcüstan Prezidenti Salome Zurabişvili AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibə verib VİDEO

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC-a) və Azərbaycan Televiziyasına məxsusi müsahibə verib.

-Xanım Zurabişvili, ilk növbədə, Sizə minnətdarlığımızı ifadə etmək istəyirik. Bilirik ki, iş qrafikiniz gərgindir və bir daha təşəkkür edirik. İlk növbədə, ikitərəfli münasibətlərdən başlamaq istərdik. Siz Cənubi Qafqaz regionunun iki dost dövləti olan Azərbaycan və Gürcüstan arasındakı hazırkı ikitərəfli münasibətləri necə dəyərləndirirsiniz?

-Mükəmməl, mükəmməl, mükəmməl. Münasibətlərimiz tarixən mükəmməl olub. Çünki biz bu regionda olan və oxşar tarixi yaşayan iki ölkəyik. Eyni çətinliklərlə üzləşmişik, bir-birimizlə problemimiz olmadan eyni iğtişaşları və bəzən eyni faciələri yaşamışıq. Əksinə, bu çətin, lakin maraqlı vaxtlarda bir-birimizə dəstək olaraq bir-birimizdən güc almışıq. Münasibətlərimiz ona görə mükəmməldir ki, yaxın tariximiz çox maraqlı olub və bu müddətdə biz bütün region üçün mühüm olan, lakin, eyni zamanda, regionla məhdudlaşmayan bir sıra layihələrə imza atmışıq.

Energetika sahəsi əməkdaşlığımızda mühüm yer tutur. Bu, çox uğurlu əməkdaşlıq olub. Heç kəsin buna inanmadığı halda, biz Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərini və digər layihələri reallaşdıra bildik. Bu, böyük bir uğur hekayəsidir. Artıq bu layihənin tərəfimizdən tamamlanması əməkdaşlığımızın bitdiyi anlamına gəlmir. Münasibətlərimiz həm də ona görə mükəmməldir ki, biz bu gün iki ölkə arasında yeni perspektivləri də müzakirə etdik. Bu perspektivlər iki ölkə sərhədlərindən kənara da çıxır. Çünki biz elə bir regionda yerləşirik ki, bir çox nəqliyyat və ticarət xətləri buradan keçir. Regionda yeni mühüm bir layihəni ərsəyə gətirmək üçün bizim mövqelərimiz üst-üstə düşür. Mən həm Xəzər dənizini, həm Qara dənizi, həm də Şərq və Qərbi əhatə edən daha geniş coğrafiyanı nəzərdə tuturam. Bu, çox çətin, amma ümidverici bir layihədir. Düşünürəm ki, məhsuldar və dost münasibətlərimiz bizə bu kimi iddialı layihələrin öhdəsindən gəlmək imkanı verəcək. Hər iki ölkə çox iddialıdır.

-Azərbaycan və Gürcüstan müxtəlif beynəlxalq təşkilatlarda və regional formatlarda fəal əməkdaşlıq edir. İki ölkə arasındakı siyasi əlaqələrin indiki səviyyəsi beynəlxalq müstəvidə mövqelərimizin dəstəklənməsində hansı rolu oynayır?

-Biz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizə dəstək olmuşuq, işğal edilmiş ərazilərlə, ərazi suverenliyi və bütövlüyü ilə bağlı qarşılıqlı mövqelərimizi dəstəkləmişik. Bir daha deyim ki, bu, bizim ortaq faciəmizdir. Lakin, eyni zamanda, ümid edirik ki, bir gün biz öz ərazi bütövlüyümüzü bərpa edə biləcəyik. Bu, bizim əhalimiz üçün, işğal olunmuş ərazilərin sərhədlərinin hər iki tərəfində yaşayan insanlar üçün çox ağrılı bir prosesdir. Lakin, bu, eyni zamanda, bizim ölkələr üçün çağırışdır. Biz çağırışı adladıq, ona müqavimət göstərdik və bütün bunlara baxmayaraq, bir-birimizə dəstək olmaqla iqtisadiyyatlarımızın inkişafına nail ola bildik, güclü və müstəqil dövlət qura bildik. Hər kəsin bu hadisələrin ölkələrimizə mənfi təsir göstərdiyini düşündüyü bir halda, biz uğurlu transformasiyanı apara bilmişik. Bu, bizim nəzarət etmədiyimiz uğur deyil. Bizim ərazi bütövlüyümüz məsələsi həmişə böyük problem olaraq qalmaqdadır. Lakin, eyni zamanda, bizim dövlətlərimiz bütün planlaşdırdıqlarına nail ola bilmişdir. Bir daha qeyd edirəm ki, biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. Lakin biz daha çoxunu edə bilərik. Biz nəinki bu iddiaları qarşılıqlı şəkildə dəstəkləyə bilərik, eyni zamanda, bu beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı şəkildə müsbət məsələləri də müdafiə edə bilərik. Bu məsələlərdən biri ətraf mühitin mühafizəsidir. Hər iki dövlət Qafqazın bir region kimi təqdim etdiyi sərvətləri qorumalıdır. Bu regionun florası və faunası bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir. Bu regionda biomüxtəlifliyin qorunması çox vacibdir. Hesab edirəm ki, beynəlxalq konfranslarda üzərimizə götürə biləcəyimiz bəzi mövqeləri paylaşmaqla biz daha çox iş görə bilərik və bu baxımdan eyni mövqeləri müdafiə etmək üçün daha güclü olmalıyıq.

-Cənubi Qafqaz regionu həll olunmamış münaqişələrdən əziyyət çəkir. Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində tənzimlənməsi üçün indiki imkanları necə qiymətləndirirsiniz?

-Bugünkü perspektivlərin necə olması bizim əsas problemimizdir. Düşünürəm ki, bu gün sizin perspektivləriniz bizimkindən daha yaxşıdır. Çünki sizin irəliləyiş əldə edə bilməyiniz üçün bəzi əlamətlər var. Gürcüstanın Qafqazda hər iki ölkə ilə münasibətləri var. Əgər Gürcüstan rol oynaya bilsə biz hər zaman yardım etməyə hazırıq, çünki regionumuzda sülh bizim hamımız üçün olduqca vacibdir. Siz, həmçinin bilirsiniz ki, Gürcüstanda Gürcüstan vətəndaşları kimi yaşayan hər iki ölkədən olan insanlar var. Sülhün olması bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz hər zaman öz ərazimizdə bu xalqlar arasında sülhün saxlanılmasına müvəffəq olmuşuq. Hər zaman heç bir münaqişənin ölkəyə daxil olmamasına müvəffəq olmuşuq. Düşünürəm ki, bu, Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir. İrəliləyişi görmək və ona yardım etmək Gürcüstan üçün çox vacibdir. Bizim tərəfdəki münaqişəyə, işğal olunmuş ərazilərə gəlincə, orada hələ ki, işğal siyasətinə yenidən nəzər salmaq və ya getdikcə çox ağırlaşan bu siyasəti yumşaltmaq istiqamətində heç bir əlamət nümayiş etdirməyən güclü bir ölkə var. Biz hər gün insanlarla birgə sərhədlərin çəkildiyini görürük. Bu, çox mürəkkəb bir vəziyyətdir. Bizim əlimizdə çox imkan yoxdur, çünki diplomatik əlaqələrimiz mövcud deyil. Ona görə də, biz daha çox tərəfdaşlarımıza, Qərb tərəfdaşlarımıza arxalanırıq ki, bu məsələni rusların diqqətinə çatdırsınlar və onları öz öhdəliklərinə əməl etməyə çağırsınlar. Eyni ilə Azərbaycan da Rusiyaya belə bir mesaj verə bilər ki, qonşuları ilə sülh və qarşılıqlı hörmət münasibətlərinin olması Rusiyanın özü üçün daha yaxşı olar. Bütün region, bəlkə də Rusiya daha yaxşı yaşayar.

-Xanım Prezident, Azərbaycan və Gürcüstan Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda həyata keçirilən bir çox layihələrdə yaxından iştirak edir. Siz ölkələrimizin energetika və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrdə iştirakını və həmin layihələrin perspektivlərini necə görürsünüz?

-Düşünürəm ki, qeyd etdiyim kimi perspektivlər mükəmməldir. Hazırda bu layihələrə bizim kənar qonşularımızın böyük marağı var. Bunlardan biri Avropa İttifaqıdır. İyulda Batumidə mühüm konfrans keçirəcəyik. Burada əsas diqqət Qara dənizin hər iki tərəfində böyük inkişafın imkanlarından biri kimi nəqliyyat məsələlərinə yönələcək. Bu mənada Xəzər dənizinin bir hissəsi çox mühümdür. Çünki biz nəqliyyat barədə danışırıqsa, bu o deməkdir ki, biz bütün dəhlizləri - orta dəhlizi və Qara dəniz boyunca dəhlizləri birləşdirməliyik. Düşünürəm ki, bu, XX əsrdəki Bakı-Tbilisi-Ceyhanın XXI əsrdəki ekvivalentidir. Hər ikisi inqilab və çox böyük inkişafdır. Düşünürəm ki, perspektivlər mükəmməldir, bütün tərəfdaşlarımızda - Türkmənistanda, Qazaxıstanda buna böyük maraq var. Xəzər dənizi ilə bağlı razılaşmanın əldə olunması çox yaxşı əlamətdir. Öz tərəfimizdən limanlarımız inkişaf etdirilir, biz üçüncüsünü inşa edirik. Qonşu ölkələrin Qara dənizin digər tərəfinə olan marağı da çox yüksəkdir. Beləliklə, perspektivlər yaxşıdır. Sözsüz ki, bunun üçün bizim regionda sabitliyə ehtiyacımız var. Ən vacibi budur. Bu gün sülh və sabitlik bizim əsas üstünlüyümüzdür, müsbət üstünlüyümüzdür. Biz bunu qoruyub saxlamalı və inkişaf etdirməliyik.

-Xanım Zurabişvili, bu gün iki qonşu və dost dövlətin qeyri-enerji, xüsusən də turizm sahəsində əlaqələrini dərinləşdirmək üçün böyük potensial var. Sizcə, qeyri-enerji sahəsində prioritetlərimiz hansılar olmalıdır və bu məsələdə ikitərəfli əməkdaşlığın gələcəyini necə görürsünüz?

-İkitərəfli əməkdaşlıq üçün imkanlar çox genişdir və hələ də kəşf etmədiyimiz sahələr çoxdur. Biz diqqəti əsasən enerji sahəsinə cəmləmişik. Lakin düşünürəm, mədəniyyət də bizim kimliyimizin, Qafqaz kimliyinin əsas tərkib hissəsidir. Hesab edirəm, cəmiyyətlər və mədəniyyətlər arasında mübadilə sahəsində hələ arzuolunan səviyyəyə çatmamışıq. Bu il biz Batumidə “Azərbaycan günləri” keçirməyi planlaşdırırıq. Bu, çox vacib tədbir olacaq. Tədbiri Tbilisidə də keçirməyi nəzərdə tuturuq. Bu məsələləri biz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə müzakirə etmişik. O, mənim təklif etdiyim bəzi təşəbbüsləri, o cümlədən mədəniyyətlərarası mübadilələrlə bağlı təşəbbüsləri çox böyük maraqla qarşıladı. Həmçinin UNESCO kimi təşkilatlar çərçivəsində Qafqazın təmsilçiləri olaraq birgə təşəbbüslərimiz olsa, fəaliyyətimizi daha səmərəli təşkil edə bilərik. Hətta Ermənistanı da buraya əlavə edə bilərik. Çünki mədəniyyət elə bir sahədir ki, orada hər şey mümkündür. Mədəni kimliyimizi birgə inkişaf etdirməklə bağlı maraqlı perspektivlər də çoxdur. Turizm isə xalqlararası əlaqəni gücləndirməyin digər bir vasitəsidir. Bilirsiniz ki, Gürcüstanda turizmlə bağlı güclü inkişaf olub. Biz müxtəlif vasitələrlə bu inkişafı qonşu ölkələrlə bölüşə və beləliklə, Qafqazı bütün gözəlliklərin vəhdətdə olduğu bir yerə çevirə bilərik.

-Ölkələrimiz arasında humanitar sahədə əlaqələrin daha da yüksək səviyyəyə çatdırılması üçün hər hansı layihələrin həyata keçirilməsi planlaşdırılırmı?

-Bu, elə mənim dediyim məsələdir. Birbaşa mədəni mübadilələr çox vacibdir. Hər iki tərəf xalqlararası anlaşmanı gücləndirmək istiqamətində sərgilər, konsertlər və müxtəlif mədəni tədbirlər təşkil etməlidir. Biz, həmçinin tələbə mübadiləsi istiqamətində çox çalışmalıyıq, çünki bu sahədə istənilən səviyyəyə çatmamışıq. Biz kiçik bir regionda yaşayırıq. Uzun müddətdir ki, biz çox yaxın qonşularıq və dövlətlərimiz arasında dostluq münasibətləri mövcuddur. Təbii ki, cəmiyyətlərimiz arasında da bu münasibətlərin inkişafına çalışmalıyıq.

Gürcüstan Prezidenti Salome Zurabişvili AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibə verib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər