ELM VƏ TƏHSİL


BSU-da Beynəlxalq Yunan Dili Günü qeyd olunub

Bakı, 1 mart, AZƏRTAC

Martın 1-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Yunan Dili Gününə həsr edilmiş tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Yunanıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın mühüm istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Çıxışlarda yunan dilin dünyanın ən qədim dillərindən olduğu vurğulanıb. Həmçinin fransız, alman, ingilis dillərində kifayət qədər yunan sözlərinin olduğu diqqətə çatdırılıb. BSU-nun yunanşünaslıq qrupunun tələbələrinin hazırlığından razılıq ifadə edilib.

Sonra yunan dili müəllimi Səidə Mehdiyeva yunan natiqlik sənəti barədə çıxış edib.

Yunanıstandan gəlmiş müəllim Mariya Delaki Yunanıstan-Azərbaycan münasibətlərindən və mədəniyyət sahəsində ölkələrimiz arasındakı əlaqələrdən danışıb.

Tədbirdə yunan dili ixtisası üzrə təhsil alan I kurs tələbələrindən Mətanət Cəfərova, Nərmin Quliyeva, II kurs tələbələrindən Vüsalə Quliyeva, Əziz Əsgərov, Əfşan Ayaz, Şükufə Abdullayeva, Aytac Həsənli, III kurs tələbələrindən Səadət Seyidova, Səbinə Qarayeva, Nuranə Qocayeva, Fərhad Hacıyev və Cavid Ağalı yunan klassiklərindən nümunələr səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.