ELM VƏ TƏHSİL


“Rus dilini xarici dil kimi tədris edən müəllim” layihəsinin təqdimatı olub

Bakı, 5 mart, AZƏRTAC 

Martın 5-də Bakı Slavyan Universitetində (BSU) “Rus dilini xarici dil kimi tədris edən müəllim” layihəsinin təqdimatı olub.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin nümayəndəsi, pedaqogika elmləri namizədi Nataliya Nakora təmsil etdiyi ali məktəb və “Alfa Dialoq” mərkəzi tərəfindən həyata keçirilən “Rus dilini xarici dil kimi tədris edən müəllim” layihəsi barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi rus dilini tədris edən müəllimlərin, o cümlədən gələcək metodistlərin rus dili biliklərini sistemləşdirmək, qısa vaxt ərzində gələcək metodistlərə nəzəri və praktik bazanın inkişafına şərait yaratmaqdır.

Onun sözlərinə görə, Rusiya Dövlət Pedaqoji Universitetinin peşəkar müəllimləri tərəfindən aparılan kurslarda ümumilikdə dərslər 120 saatı əhatə edir. Kursların sonunda təşkil olunan attestasiyadan müvəffəqiyyət qazanan iştirakçılar beynəlxalq sertifikatla təmin olunacaqlar.

Kurslarda iştirak etmək istəyənlər martın 28-dək http://www.alfa-dialog.ru/  saytında qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.