İDMAN


Paralimpiyaçımız “Tokio 2020”-yə lisenziya qazanmaq şansını artırıb

Bakı, 24 mart, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin qılıncoynadanı Aytəkin Həsənova İtaliyanın Pisa şəhərində keçirilən dünya kuboku yarışlarında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Tokio 2020” Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandıran turnirdə təmsilçimiz baş məşqçi Asəf Məlikovun rəhbərliyi ilə qılıncoynatmanın hər 3 növündə gücünü sınayıb. Dörd reytinq xalı qazanan idmançımız Paralimpiya Oyunlarına lisenziya əldə etmək şansını artırıb.

Xatırladaq ki, 2020-ci il mayın 31-də açıqlanacaq reytinq cədvəlində ilk 25 yeri tutan idmançılar “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.