Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Görkəmli isveçrəli alim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri mükafatı ilə təltif olunub

Bern, 29 mart, AZƏRTAC

İsveçrənin Bern Universitetində dünya şöhrətli şərqşünas alim, professor Yohann Kristof Bürgelin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri mükafatı ilə təltif olunması mərasimi keçirilib. Tədbir beynəlxalq elmi dairələrlə sıx işgüzar münasibətləri davam etdirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü və Bern Universitetinin təşkilatçılığı ilə reallaşıb.

Tədbiri giriş sözü ilə Bern Universitetinin humanitar elmlər fakültəsinin dekanı, professor Stefan Rebenix açıb. Təltif olunan elm xadimini və qonaqları salamlayan Stefan Rebenix belə bir mötəbər tədbirin məhz Bern Universitetində keçirilməsini önəmli bir hadisə kimi səciyyələndirib. O, Yohann Kristof Bürgelin uzun illər ərzində Bern Universitetində apardığı elmi fəaliyyəti yüksək qiymətləndirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı katibinin elmi və mədəni layihələr üzrə müavini Arzu Təbrizli təmsil olunduğu qurumun fəaliyyəti haqqında qonaqlara qısa məlumat verib. O, mərkəzin 2012-ci ildə Azərbaycanda təsis olunduğunu, ölkə rəhbərinin davamlı qayğı və dəstəyi sayəsində artıq beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini, ildən-ildə beynəlxalq tərəfdaşlarının çoxaldığını bildirib. Həmçinin mərkəzin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin qorunub saxlanılması, öyrənilməsi və təbliğ olunması sahəsində beynəlxalq elmi dairələrlə, akademik təsisatlarla, görkəmli nizamişünas və şərqşünas alimlərlə müxtəlif elmi layihələr həyata keçirdiyini deyib. Yohann Kristof Bürgelin Nizami irsinin öyrənilməsi, onun əsərlərinin alman dilinə tərcüməsi və təbliği sayəsində əvəzsiz xidmətlərini qeyd edən A.Təbrizli mükafatın bu görkəmli alimə təqdim olunması səbəblərindən danışıb.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova Nizaminin Azərbaycana bağlılığından, Azərbaycan xalqının və dövlətinin şairin xatirəsini əbədiləşdirmək istiqamətində apardığı fəaliyyətdən danışıb. Səfir Nizaminin xalqlar və millətlər arasında öz mənəvi və humanizmi ilə bir körpü olduğunu qeyd edib.

Kembric Universitetinin professoru Christine Van Ruymbeke Nizami və Yohann Kristof Bürgelin onun elmi həyatında, bir alim kimi formalaşmasında oynadığı əvəzsiz roldan söz açıb. O diqqətə çatdırıb ki, məhz Yohann Kristof Bürgelin tərcümələri sayəsində Nizami poeziyasına vurulub və həyatını bir sıra Şərq şair və mütəfəkkirləri ilə bərabər, Nizami Gəncəvinin irsinin də araşdırılmasına həsr edib.

Humbolt Universitetinin professoru Eva Maria Aux Nizami yaradıcılığını sevgi və ən ali mənəvi dəyərlərin təcəssümü kimi qiymətləndirib. O, isveçrəli alimin Nizami poemalarının alman dilinə etdiyi tərcümələr sayəsində minlərlə insanın Nizami fenomenini kəşf etdiyini, bu gün də onu böyük həvəslə oxuduğunu nəzərə çatdırıb. O, həmçinin vurğulayıb ki, Nizami yaradıcılığındakı humanizm elementləri bütün Şərq intibah nümayəndələrindən fərqlənir və doqquz əsr keçməsinə baxmayaraq, onun mənəvi dəyərləri bu gün də aktualdır. Alim qeyd edib ki, Azərbaycanda dünya ədəbiyyatı ilə yaxından tanış olmaq məqsədilə xarici ədəbiyyat nümunələri öyrənilir və tərcümə edilir, bu fəaliyyət geniş maraq doğurur. Eyni zamanda, ən ali humanist dəyərləri ehtiva edən Nizami yaradıcılığı bu gün Azərbaycanda geniş tədqiq və təbliğ olunur.

Tədbirdə Bürgelin Nizami yaradıcılığından alman dilinə tərcümə etdiyi poemalardan parçalar, həmçinin Azərbaycan dilində şairin qəzəlləri səsləndirilib.

Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva Qərb elmi ictimaiyyətində Nizaminin fars ədəbiyyatı nümayəndəsi kimi qəbul olunmasının yanlışlığı haqqında söz açıb. Elmi dəlillər irəli sürən alim dünya ədəbiyyatında bir sıra görkəmli yazarların öz doğma dillərində əsər yaratmadıqlarını deyib, amma bu faktın onların milli mənsubluğunun başqa xalqlara aid edilməsi üçün əsas olmadığını vurğulayıb. O, əfqan mənşəli Xalid Hüseyn kimi məşhur bir yazıçının ingilis dilində yazmağına baxmayaraq, dünya ictimaiyyətinin onu ingilis yazıçısı kimi yox, məhz əfqan yazıçısı kimi tanıdığını qeyd edib.

Bolonya Universitetinin professoru Karlo Sakkone 87 yaşlı Yohann Kristof Bürgel ilə 20 ilə yaxın zaman kəsiyini əhatə edən dostluğundan söz açıb. İlk dəfə elmi konfransda tanış olduqlarını qeyd edən alim onların gələcək əməkdaşlıqlarının məhz Nizami yaradıcılığı əsasında formalaşdığını söyləyib. O, İtaliya şərqşünaslarının hər zaman Nizami yaradıcılığının öyrənilməsinə böyük maraq göstərdiklərini, Alessandro Bausinin Nizamini ilk olaraq italyan dilinə tərcümə etdiyini və beləliklə, onu İtaliya xalqına tanıdan ilk şərqşünas alim olduğunu söyləyib. O, həmçinin görkəmli İtaliya bəstəkarı Cakomo Puççinin “Turandot” operasının əsasını təşkil edən hekayənin məhz Nizaminin “Yeddi gözəl” poemasındakı Qırmızı sarayın şahzadəsinin hekayəsindən ilhamlanaraq yazıldığını və bu faktın az sayda mütəxəssislərə bəlli olduğunu söyləyib.

Tədbirin təşkilində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə yaxından əməkdaşlıq edən Bern Universitetinin Şərq və İslam tədqiqatları kafedrasının rəhbəri, professor Anke von Kügelgen Yohann Kristof Bürgeli belə bir mükafatla təltif olunması münasibətilə təbrik edib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə gələcəkdə müxtəlif akademik tədbirlər çərçivəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Sonda Yohann Kristof Bürgel tədbirin təşkilatçılarına, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib. Belə bir mükafatla təltif olunmasını möcüzə kimi dəyərləndirən alim bir elm xadimi kimi formalaşmasında Nizami yaradıcılığının rolunu xüsusi qeyd edib.

Qeyd edək ki, Yohann Kristof Bürgel Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqi, "Xəmsə"nin alman dilinə tərcüməsi və təbliği istiqamətində böyük işlər görüb. O, müxtəlif illərdə Nizami Gəncəvinin "Xəmsə"sinin müəyyən hissəsini alman dilinə tərcümə edib, Nizami yaradıcılığının tədqiqinə həsr olunmuş bir sıra elmi konfranslar təşkil edib, çoxlu sayda elmi məqalə yazıb. Onun Nizami yaradıcılığı ilə bağlı alman dilinə tərcümə etdiyi nümunələrdən 1967-ci ildə "Bəhram Şah və onun kənizi (Fitnə) haqqında hekayə"ni, 1974-cü ildə "Nizami dili və poeziyası" - "Sirlər xəzinəsi" didaktik poemasından bir hissəni, 1980-ci ildə "Nizami: Xosrov və Şirin" poeması, 1991-ci ildə "Nizami: İskəndərnamə" poeması, 1997-ci ildə "Nizami: Bəhram Şah və onun yeddi şahzadəsinin macəraları"nı qeyd etmək olar. 2011-ci ildə Kembric Universitetinin alimi Kristina van Ruymbeke ilə birlikdə "Hakimin xəzinəsinin açarı. Nizami Gəncəvinin "Xəmsə"sinin sənətkarlıq və insanlıq aspektləri" adlı elmi məcmuəsi xüsusilə qeyd edilməlidir.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın müxtəlif yerlərində yaşayan və fəaliyyət göstərən, nüfuzlu nizamişünas alimlər və şərqşünaslarla Nizami irsinin öyrənilməsi və təbliği istiqamətində yaxından əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq, 2018-ci il 14-15 mart tarixlərində Mərkəz tərəfindən Bakı şəhərində "Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası" adlı ilk beynəlxalq elmi konfrans təşkil olunub. Konfransda 13 ölkədən (Kanada, Amerika, Braziliya, Hindistan, ABŞ, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiya) 21 əcnəbi, Azərbaycandan isə 30 nizamişünas alim iştirak edib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür