SİYASƏT


Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilir

Bakı, 4 aprel, Nəriman Həsənov, AZƏRTAC

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayıb.

AZƏRTAC xəbər verir ki, toplantıda Şərq Tərəfdaşlığı və Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycanla Aİ arasında əməkdaşlığın vəziyyəti, yeni razılaşma üzrə danışıqlar müzakirə edilir. Bundan başqa, 2018-2020-ci illər üzrə Tərəfdaşlıq Prioritetlərinə dair fikir mübadiləsi aparılır.

Eləcə də iclasda Azərbaycanda aparılan islahatlar, iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi, nəqliyyat, təhsil, ətraf mühit kimi məsələlər, mobillilik, vizanın sadələşdirilməsi və readmissiya sazişinin icrası müzakirə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.