MƏDƏNİYYƏT
Yaponiya alimi Bəkir Çobanzadə haqqında elmi araşdırmalara başlayıb
Bakı, 9 aprel, AZƏRTAC
Tanınmış yaponiyalı alim, Sasakava Sülh Fondunun üzvü, professor Akira Matsunaqa türk xalqlarının tarixi və Azərbaycan dili ilə bağlı elmi araşdırmalar aparır. Bu yaxınlarda A.Matsunaqa Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına müraciət edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, yaponiyalı alim Bəkir Çobanzadənin “Seçilmiş əsərləri”ni (5 cilddə) istifadə üçün götürüb.
Qeyd edək ki, kitabxana ilə əməkdaşlıq edən alimin məqalələri dünyanın tanınmış elmi jurnallarında dərc olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:52]
Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
- 23.04.2024 [13:52]