Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Professor Əlövsət Quliyev: Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığındakı göllər ətraf mühitə ciddi təsir göstərirdi

Bakı, 18 aprel, AZƏRTAC

2018-ci ilin may ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında müqavilə bağlanıb. Həmin müqaviləyə uyğun olaraq, “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftının bərpası” və “Suraxanı rayonunda keçmiş Yod-Brom Zavodunun lay suları ilə çirklənmiş ərazinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihələrinin icrasına başlanılıb. Hazırda həmin layihələr müvəffəqiyyətlə həyata keçirilməkdədir. Bu layihələrin icrası Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük töhfə verəcək.

Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev deyib.

Alim bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Beynəlxalq Aeroportunun ətrafının ekoloji sağlamlaşdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Suraxanı rayonundakı keçmiş Yod-Brom Zavodunun lay suları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası (43 hektar qurutma və 60 hektar yaşıllaşdırma) məqsədilə həmin ərazidə qapalı kollektor-drenaj şəbəkəsi layihələndirilib ki, bu da mövcud göllərin qurudulmasına imkan verir.

Məlumdur ki, Abşeron yarımadasında ümumi sahəsi 3325 hektara qədər olan 200-dən artıq göl mövcuddur. Bu göllər ətraf mühitə ciddi təsir göstərir. Belə ki, torpaqlar deqradasiyaya uğrayır və şoranlaşır. Xüsusilə 100 ildən çox bir müddətdə neft çıxarılması ilə əlaqədar neft mədəni yerlərinin istismar meydançalarında baş verən qəza, sızmalar, çirklənməyə qarşı tədbirlərin zəif aparılması səbəbindən bir çox ərazilər yararsız hala düşüb. Layihə əsasında tədqiq olunan Çuxurdərə gölü neft-qaz hasilatı prosesində lay sularından və tullantı sularından əmələ gəlmiş süni göllərdəndir.

Əlövsət Quliyev deyib ki, Abşeron magistral kanalı və Binə gölü istifadəyə veriləndən sonra Maştağa sovxozunda əkin sahələrində intensiv suvarılma nəticəsində ərazinin çökək hissəsində şərqi Çuxurdərə gölünə paralel olaraq qərbi Çuxurdərə gölü yaranıb.

1997-ci ildən bəri şərqi Çuxurdərə gölündən su götürülmür və bu dövrdən başlayaraq göllərin ölçüsü və suyun səviyyəsi ildən-ilə genişlənir. Bu prosesin intensivləşməsinin əsas səbəblərindən biri də göllərin ətrafındakı ərazilərdə yeni yaşayış sahələrinin yaradılmasıdır. Göllərdə suyun qalxmasının kritik səviyyəsi yağmurlu dövrün güclü yağışlarından sonra müşahidə olunur.

Bu neqativ proseslərə vaxtında diqqət yetirilməməsi acınacaqlı vəziyyət yaradıb. Xüsusilə Beynəlxalq Hava Limanı və onun ətrafında baş verən bataqlaşma, şorlaşma, neft tullantıları ilə çirklənmə nəticəsində ərazinin ekoloji vəziyyəti gərginliyə məruz qalıb.

Suraxanı rayonundakı keçmiş Yod-Brom Zavodunun əhatə etdiyi ərazinin sərhədləri daxilində də tədqiqatlar aparılıb. Məlum olub ki, keçən əsrin əvvəllərinə qədər neft quyularından çıxarılan lay suları, eləcə onunla qarışıq halında olan xam neft çöküntüləri buraya axıdılıb və primitiv üsulla yod istehsal olunub. Lakin sonralar bu istehsal özünü doğrultmadığından Yod-Brom Zavodunun fəaliyyəti dayandırılıb, onun qalığı olan göl və digər mühəndis sistemləri isə dağılmış vəziyyətdə bugünümüzə gəlib çıxıb.

Bizim apardığımız tədqiqatlardan sonra məlum oldu ki, ərazinin çöküntülərində kifayət qədər flüor (ftor) birləşmələrinə rast gəlinir. Bu da hava limanı yaxınlığında yolverilməzdir. Təyyarələrin uçuş-enmə zolağının yerləşdiyi ərazidə belə kimyəvi birləşmələrin, ətraf ərazilərdə ekoloji baxımdan əlverişsiz şəraitə malik olan göllərin yayılması sonra ciddi fəsadlar törədə bilər.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun mütəxəssisləri tərəfindən aparılmış tədqiqatlar nəticəsində yazılmış metodologiyada böyük miqyasda mühəndis, torpaqların duzdan təmizlənməsi, rekultivasiya və remidasiya işlərinin həyata keçirilməsi, kollektor drenaj şəbəkələrinin çəkilməsi tövsiyə edilib.

Ətraf mühitin qorunmasına dövlət səviyyəsində göstərilən qayğının nəticəsidir ki, keçmiş Yod-Brom Zavodu qalığı olan gölün qurudulması və onun yerində münbit torpaq-su və bitki əlaqəsi təmin edilir.

Eyni zamanda, Çuxurdərə ərazisinin ekoloji durumunun qaydaya salınması üzrə işlər yekunlaşmaqdadır. Mövcud göllərin bir qismi qurudulub, neftlə çirklənmiş şlamlı göl tamamilə remidasiya olunaraq çirklənmiş məhsullardan təmizlənib. Qalan sahələrdə qrunt sularının səviyyəsinin aşağı salınması üçün drenaj işləri davam etdirilməkdədir.

Bu layihələrin icrasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi ciddi diqqət yetirir. Bizi bir alim kimi sevindirən odur ki, nazirlik ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işləri əvvəllər olduğu kimi, öz bildiyi formada həll etmir. Bu işlər görülərkən mütəxəssislərin, alimlərin təklifləri, fikirləri nəzərə alınır. Bu da layihələrin uğurlu icrasına və nəticəli olmasına şərait yaradır.

Bunlar bütövlükdə Azərbaycan Prezidenti İlham Əliyevin ekologiyaya, ətraf mühitə həssas münasibətinin nəticəsidir. Sağlam ekoloji mühit olmadan, sağlam insan, sağlam cəmiyyət də yoxdur. Dövlət başçısının tapşırığı ilə həyata keçirilən bu tədbirlər ölkəmizin sağlam gələcəyi baxımından olduqca əhəmiyyətli məsələlərdir. Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan ölkə rəhbərimizin bu sahədə gördüyü işlər onun Azərbaycan üçün etdiyi daha bir tarixi xidmətdir. Təmizlənmiş ərazilər həm də gözəllik mənbəyinə çevrilir. Hava limanının yaxınlığındakı neftlə çirklənmiş ərazilərdə indi gözoxşayan yaşıllıqlar salınıb. Bu, vətənə, dövlətə və xalqa xidmətdir. Qədirbilən Azərbaycan xalqı isə bunları heç vaxt unutmayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdəddir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib