İQTİSADİYYAT


® “Azercell”dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik

“Azercell”in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb

Ölkənin mobil rabitə sahəsinin lideri “Azercell” rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yeniliyə imza atıb. Belə ki, yeni layihə sayəsində nömrələrin sadə fiziki sim-paketlərə bağlılığı tamamilə aradan qaldırılıb. Aprel ayının 16-dan etibarən “Azercell”in ÖM və MX ofisləri, həmçinin diler və distribüter şəbəkəsi nömrələrin satışını mərkəzləşdirilmiş www.azercellim.com  onlayn bazasının köməyi ilə həyata keçirə bilir.

Qeyd edək ki, “Azercell” nömrəsi əldə etmək istəyən hər bir kəs istəyinə uyğun olan müəyyən bir nömrəni www.azercellim.com  saytındakı axtarış bölməsindən tapa bilər. Burada axtarış meyarlarına uyğun gələn nömrə kombinasiyaları təklif edilir.

Nömrələrin satışını onlayn baza vasitəsilə həyata keçirməyə imkan verən yeni layihə nəticəsində 1 milyondan çox mərkəzləşdirilmiş nömrə bazası bütün diler və distribüter üçün əlçatan olub. Önəmli olan məqamlardan biri də saytdakı nömrə bazasının mütəmadi olaraq yenilənməsidir.

Yeni layihə nömrə paketlənməsində xərclərin azaldılmasına, nömrə satışlarının artmasına, eyni zamanda şəffaf və rəqəmsal biznes infrastrukturunun qurulmasına təkan verir.

Daha ətraflı məlumat üçün [email protected]  ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.