MƏDƏNİYYƏT


Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi yad olunub

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Abdulla Şaiqin mənzil-muzeyində Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru Ülkər Talıbzadə çıxış edərək ədibin həyat və yaradıcılığı haqında məlumat verib.

Sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinin üçüncü kurs tələbəsi Elida Muxayevanın “İsmayıl Şıxlının həyatı” mövzusunda məruzəsi dinlənilib.

Muzeyin böyük elmi işçisi Arzu Hacıyeva “İsmayıl Şıxlının yaradıcılığı” adlı məruzəsində yazıçının Azərbaycan nəsri tarixinə verdiyi töhfələr barədə danışıb. Məruzəçi yazıçının sənədlilik, səmimiyyət, millilik, reallıq kimi xüsusiyyətlərlə səciyyələnən nəsrini yüksək qiymətləndirib.

Tədbir konsert proqramı ilə davam edib.

Sonra ədibin oğlu Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı atası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.