CƏMİYYƏT


Məşğulluq səviyyəsi yüksəlir, işsizlik səviyyəsi azalır

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 1-nə əldə edilən ilkin məlumatlara görə, ölkəmizdə iqtisadi fəal əhalinin sayı 5131,7 min nəfər olub və onlardan 4877,6 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il martın 1-nə olan statistikaya əsasən muzdla işləyənlərin sayı 1534,3 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 865,3 min, qeyri-dövlət sektorunda isə 669,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1499,9 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi emal sənayesində, 6,8 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 21,8 faizi təhsil, 18,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi istirahət, əyləncə və incəsənət, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,7 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Bu il aprelin 1-nə olan məlumata görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 39,4 min nəfər olub, onların 33,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği isə 239,5 manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.