ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc edilib

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları - iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin və Roza Şahverdiyevanın həmmüəllifi olduqları məqalə “Management Dynamics in the Knowledge Economy” jurnalında nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə informasiya və biliklər iqtisadiyyatı sektorlarında innovativ texnologiya parklarının fəaliyyətinin çoxsəviyyəli göstəricilər sisteminin işlənilməsi məsələləri araşdırılıb. Qeyd olunur ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadi sistemi ilkin olaraq təbii və maddi resurslara əsaslanır. Sonrakı inkişaf mərhələsində resurs üstünlüyündən yararlanaraq informasiyaya, biliyə, İKT-yə əsaslanan innovativ iqtisadiyyat formalaşdırılır, əsas iqtisadi inkişaf artımı innovativ texnoparklarda həyata keçirilir.

Bu aspektdə texnoparkların çoxsəviyyəli kompozit indikatorlar sisteminin işlənilməsinin elmi-metodoloji əsasları tədqiq olunaraq kompozit indikatorlar sisteminin yaradılması mərhələləri, onlara qoyulan tələblər, onların ümumiləşdirilmiş tərkibi və məzmunu göstərilib. Texnoparkların fəaliyyətini ayrı-ayrılıqda xarakterizə edən əsas indekslər qrupu və ona uyğun funksiyalar müəyyənləşdirilib.

Qeyd edək ki, “Management Dynamics in the Knowledge Economy” jurnalı “EBSCO”, “BASE”, “Cabell's”, “DOAJ”, “Index Copernicus”, “ERIH Plus”, “GIF”, “NewJour”, “ProQuest”, “RePEc - EconPapers”, “Ulrich’s” və s. kimi nüfuzlu elmi bazalarda indeksləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.