DÜNYA


Pekində ikinci “Bir kəmər, bir yol” beynəlxalq forumu keçiriləcək

Pekin, 19 aprel, AZƏRTAC

Aprelin 25-27-də Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində “Bir kəmər, bir yol” strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin xarici işlər

naziri Van İ aprelin 19-da keçirdiyi mətbuat konfransında bildirib. Tədbirdə dövlət və hökumət başçıları, digər dövlət rəsmiləri, özəl sektor nümayəndələri, sərmayədarlar, beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək.

“Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcək qurulması” mövzusundakı forumun 12 panel iclası və digər tədbirləri olacaq.

Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.