İDMAN


“Yuventus”un səhmləri azalıb

Roma, 19 aprel, AZƏRTAC

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyununda “Ayaks”a 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran İtaliyanın “Yuventus” klubunun səhmləri aşağı düşüb.

AZƏRTAC İtaliyanın repubblica.it saytına istinadla xəbər verir ki, Milan birjasında “Yuventusun” səhmləri 24 faiz ucuzlaşıb. Qeyd edilir ki, klub səhmlərin qiymət itkisini 20 faizə endirmək üçün mövqelərini möhkəmləndirməyə çalışır.

Xatırladaq ki, ötən həftə Amsterdamda keçirilən ilk oyunda komandalar 1:1 hesabla heç-heçə etsələr də Turində keçirilən cavab qarşılaşmasında “Ayaks” 2:1 hesab ilə qələbə qazanaraq UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.