Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib YENİLƏNİB 3

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Bakıda 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bütün dünyada qeyd olunan Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Əqli Mülkiyyət Gününün əhəmiyyətindən danışaraq deyib ki, bu günlərdə keçirilən müxtəlif tədbirlər, görüşlər, dəyirmi masalar, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdən ibarətdir. Xatırladıb ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ölkəmizdə 1997-ci ildən, Beynəlxalq Əqli Mülkiyyət Günü isə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 2001-ci ildən başlayaraq qeyd edilir.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün builki - 24-cü ildönümü UNESCO-nun qərarı ilə ədəbiyyatın və oxunun, qiraətin xüsusi əhəmiyyətinin qeyd edilməsinə həsr olunur. Bilik amili olan kitablar insanları ümumbəşəri tarix və ortaq irs ətrafında birləşdirir. Bununla yanaşı, kitablar müxtəlif mədəniyyətlərin, identikliklərin və dillərin xüsusiyyətlərinin açılmasına xidmət edir. Bu da kitabların ikiqat əhəmiyyətini – ümumbəşəri mədəniyyətin və mədəni müxtəlifliyin daşıyıcısı olduğunu göstərir. Azərbaycanın yeniləşdiyini, qüdrətləndiyini, ölkəmizin nüfuzunun beynəlxalq miqyasda artdığını qeyd edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib: “Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyası yeni uğurlu nəticələr verir, Azərbaycan iqtisadiyyatında artım nümayiş olunur, 2019-cu ilin iki ayının nəticələri, həmin ilin yanvar-fevral aylarındakı ÜDM-in nəticələri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur, sənayenin isə qeyri-neft sektorundakı artımı 15,5 faizdir və dünya rekordu səviyyəsindədir. Bütün bunlar əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlarla müşahidə olunur. Minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması və dövlət başçısı tərəfindən atılan digər addımlar böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikindəki sözlərlə desək, “bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha geniş miqyasda öz həllini tapacaqdır…”.

Kamran İmanov qeyd edib ki, xalqımız dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək verir. Fransanın “Opinion Way” şirkətinin sorğusunun nəticələri göstərir ki, vətəndaşların 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını Prezident İlham Əliyevin ən uğurlu nəticəsi kimi dəyərləndirir, 85,1 faizi isə son bir ildə görülən işlərə müsbət qiymət verir.

Dünya Bankının “Doing Business–2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib, 10 ən islahatçı dövlət sırasında olması heç də təsadüfi deyil. Bir sözlə, dövlət başçısının verdiyi mühüm qərarlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcıdır.

Gələcəyi olmayan Ermənistan isə keçmişi, özü də mifomaniyadan gələn keçmişi ilə yaşayır. Uydurma keçmişi “canlandırmaq” məqsədilə özlərini Cənubi Qafqazın avtoxton sakinləri qismində dünyaya təqdim etmək üçün terroru və terrorçuları da dəstəkləyir, istənilən saxtakarlıqlara, sağlam məntiqdən uzaq olan uydurmaya da gedirlər. Tanınmış Rusiya tarixçisi və politoloqu, bugünkü konfransımızın qonağı Oleq Kuznetsovun sözləri ilə desək, “... cahillik, naşılıq ... istənilən erməni humanitar fikrinin vizit kartıdır. Buna görə də Ermənistanda müasir elmi biliyə yox, aşkar nasist Tsexakron [Njde] nəzəriyyəsinin tövsiyələrinə uyğun olaraq, yaşamağa üstünlük verilir”.

Ənənəvi olaraq Ümumdünya Kitab və Müəlliflik Hüququna həsr olunan konfransın “Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir” devizi altında keçirildiyini qeyd edən Kamran İmanov tarixə aid yalanlarla dolu müasir erməni müəlliflərinin kitablarının çoxsaylı olduğu halda, bunların bir-birinə istinadən, həqiqətə uyğun olmayan “faktları” tirajladığını və bununla “ermənisayağı mənbə”, yəni “dəlillər”" sistemi yaratmaqda olduğunu bildirərək deyib: “O ki qaldı, böyük həvəslə istinad edilən qədim erməni mətnlərinə, onların əlyazmaları, orijinalları adətən tapılmır, yaxud qat-qat sonrakı köçürmələr şəklində əksini tapmış olur. Bunların kökündə erməniçilik saxtakarlığı dayanır. Lakin məşhur Servantes demişkən, don bəzəyər də, ifşa edər də. Bir misaldan başlayaq. Dünyanın ən zəngin arxivlərindən biri sayılan Sankt-Peterburq arxivində qədim erməni müəlliflərinin manuskriptlərinin tapılması müşkül bir işdir. 2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş “Sokrovişa akademiçeskix sobraniy Sankt-Peterburqa” kitabı çapdan çıxmışdı və kitabın tərtibatçı kollektivinin rəhbəri, milliyyətcə erməni olan professor Yuriy Petrosyanın yazdığı kimi, minlərlə nüsxədə qorunub saxlanan erməni əlyazmaları çərçivəsində bir dənə də orijinal yoxdur, əksəriyyəti, 80 faizə qədəri XVII-XVIII əsrlərə aid köçürmələrdir, bir neçəsi XIV-XV əsrlərdə köçürülənlərdir və bəlkə də onlardan birini XII əsrə aid etmək mümkündür. Erməni aliminin digər etirafına əsasən, bu arxivdə VII-XI əsrlərə aid olan türk orijinallarının sayı isə minlərlədir”.

Bu mövzuya toxunan Kamran İmanov, ilk növbədə, M.Xorenski (Movses Xorenatsi) haqqında fikirlərini də söyləyib. Qeyd edib ki, erməni tarixinin xrestomatiyasına çevrilən, erməni istorioqrafiyası tərəfindən danılmaz həqiqət kimi qəbul edilən və bizim eranın V əsrinə aid edilən, “erməni tarixinin atası” sayılan M.Xorenskinin “Haylar tarixi”nin uydurma nöqteyi-nəzərindən maraqlı tarixçəsi var. Bu əsərə aid fırıldaqlar və saxtakarlıqlar kitabın adı, yazıldığı tarix, müəllifliyi, hətta tərcüməsi ilə də bağlıdır. Yazının orijinalı yoxdur və hansı dildə yazılıb – siro-aramey, yunan və ya qrabar, bəlli deyil. Yazıya istinadlar əsasən müasir erməni müəlliflərinə məxsusdur, özü də X əsrə qədər hay istorioqrafiyasında Xorenskinin adı çəkilmir.

Bir sıra alimlərin fikrincə, Xorenski adı altında anonim keşiş tarixçisi çıxış edir, çünki onun tərcümeyi-halı naməlum, saxta mənbələr əsasında yalnız 1858-ci ilin rus dilində olan nəşrində erməni mənşəli tərcüməçi N.Emin tərəfindən tərtib edilib. 1809-cu ildə rus dilinə tərcümə olunan nəşrdə (latın dilində 1736-cı ildə Londonda nəşr olunub) yazının adı “Ermənilər tarixi”nə, 1858-ci ildə isə “Armeniya tarixi”nə çevrilib və bununla da haylar – ermənilər haqqında tarix uydurulmuş Armeniya ölkəsi tarixi adına çevrilib.

Bununla belə, M.Xorenskinin ən böyük fırıldağı İncildəki təftişlər və bununla İncilin erməni variantını təqdim etməsidir. Saxtakarlığın məkrli niyyəti “Xalqlar cədvəli”ndə Hayk və Armenak fantomlarını uydurması və bu cədvəldə göstərilməyən şəcərə qollarını doldurmaqla hayları armenlərin əcdadlarına çevirmək, üstəlik sakaların, qədim türklərin soykökü ilə “qohumluq” yaratmaq idi. Nəticə etibarilə digər xalqların yaşayış ərazisinin mənimsənilməsi ilə onların tarixini də hay-ermənilər xeyrinə özününküləşdirməkdir. Bu barədə “Erməni yadelli nağılları” (Bakı, 2008), “Öz-özünü təkzib edən “erməniçiliyin müəllif hüququ” (Bakı, 2015) kitablarında da ətraflı yazılıb.

Heç də təsadüfi deyil ki, XVIII əsrin ən görkəmli tarixçilərindən olan Qibbon yazmışdır ki, “Xorenskidən yalnız digər qədim tarixçilərdə də olanları götürmək olar…”.

Beləliklə, erməniçiliyin ən “sanballı” tarixi yazısı nəzərəçarpan dərəcədə saxtalaşdırılmış mənbə kimi çıxış edərək, digər uydurulmuş əsərlərə “yaşıl işıq” yandırmış oldu.

Kamran İmanov qeyd edib ki, əqli oğurluq ənənəsi davam edir və folklorun bir qolu – miflərin yaradılmasında ustalıq göstərən erməniçilik digər xalqların, xüsusən də biz azərbaycanlıların maddi və qeyri-maddi irsinə, torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkmir, özününküləşdirmək, mənimsəmək, əqli oğurluq, saxtakarlıq və uydurma cəhdləri ilə çantasını “zənginləşdirir”. Bunlar istər real siyasi həyatımıza, istərsə də keçmişə, tarixi hadisələrə aiddir.

Mifologiyaya əsaslanan “böyük torpaqlar” stereotipi qonşularına qarşı ərazi iddiaları, müxtəlif növ mifologemlərdən irəli gələn “böyük erməni mədəniyyəti”, “sivilizasiyanın ilk erməni ocağı” mədəni oğurluqları erməniçilik təfəkküründə “təbiilik” və “legitimlik” qazandırır. Odur ki, Azərbaycanın işğal olunmuş torpaqlarının boşaldılmasına, beynəlxalq hüquq normalarına uyğun yaşamasına məhəl qoyulmur. Azərbaycanın maddi və qeyri-maddi irsinin, mədəni ənənələrinin mənimsənilməsinə dair erməni ənənəsi davam edir. Üstəlik, erməniçilik tərəfindən hazırlanan ermənilərin “müstəsnalığı”, “əzabkeşliyi”, “xüsusi missiyası” uydurmalarından irəli gələn stereotiplər müasir erməni identikliyini formalaşdırır, yaradılmış mifologemlər erməni siyasətçilərinin, xadimlərinin, alimlərinin, hətta kütlənin mövcud olan əxlaqına təsir göstərərək, çağdaş dünya quruculuğunun təməl daşı olan beynəlxalq hüququn tanınmasında maneələr törədir.

Hər bir xalqın, o cümlədən erməni xalqının özünəməxsus tarixi var, millətin keçmişində baş verən olaylar, hadisələr, uğurlar və məğlubiyyətlər gerçəkliyin ayrılmaz bir hissəsidir. Biz erməni xalqına qarşı deyil, erməniçiliyə, sağlam olmayan dünyagörüşünü dəstəkləyən bədnam qonşularımızın millətçi müəllifləri, ya da sifarişlə tutulmuş muzdlu xaricilər tərəfindən yazılan yalan, uydurma və böhtanlarla dolu kitablara və digər yazılara qarşı çıxış edirik. Xüsusən tarixşünaslığa aid bu növ əsərlərdə əsas leytmotiv ermənilərin Cənubi Qafqazda gəlmə yox, avtoxton millət olmasına və buradan guya itirilmiş torpaqlarla bağlı ərazi iddialarına qarşı çıxış edirik.

Erməni tarixinə nəzər salsaq, daim qeyd etdiyimiz kimi, millətçi hay-ermənilərin ölkə tarixini etnos tarixi ilə əvəz etməsi heç də təsadüfi deyil. Bunun səbəbi keçmişdə “Armeniya” adlı dayanıqlı siyasi anlayışın yalnız olmaması ilə bağlı deyil. Dayanıqlı coğrafi anlayış “Armeniya” heç bir vəchlə erməniçiliyin iştahasını ödəyə bilmir. Çünki bu coğrafi anlayış bir çoxlarının, o cümlədən türk etnoslarının yaşayış məkanı idi. Əgər M.Xorenskidə “Armeniya” anlayışı sayca vahidlərlə ölçülürdüsə, indiki erməni müəlliflərin “Armeniya”larının sayı onlarcadır, o cümlədən ağızdolu söylədikləri “erməni dövlətçiliyinin Eçmiədzin dövrü” adlanan “Şərqi Armeniya” da işlənilir. Aydındır ki, burada erməni dövlətçiliyinin məskəninə çevrilmiş Azərbaycanın tarixi torpaqlarından, Qərbi Azərbaycandan söhbət gedir. Millətçi erməni müəlliflərin yazılarında miqrant olan ermənilərin yaşadıqları bütün torpaqlarda avtoxton, aborigen olduqları haqqında iddialar irəli sürülür. Odur ki, hay-erməni köçmələrinin tranzit olduqları ərazilərin tarixini yazmalı olurlar və belə tarixə miqrasiya nəticəsində yaşadıqları bütün coğrafi məkanları da daxil edirlər. Elə buna görə yazdıqları tarix “Armeniya tarixi” kimi qələmə verilmir, “Erməni xalqının tarixi” kimi də təqdim olunur.

Lakin erməniçilik bir şeyi unudur. Bu növ tarixi gəlmə etnosun xələfləri – törəmələri – alloxtonlar yazmış olurlar, halbuki ərazidə köklü yaşayanlar – avtoxtonlar yaşadıqları ərazini tarixi Vətəni, doğma yurdu, əcdadlarının məkanı kimi təsvir edərək, ölkə tarixini yazırlar.

Eduard Errionun sözlərinə görə, “ənənə keçmişin uğurları, tərəqqisi deməkdir, bu günün tərəqqisi isə zaman keçdikcə sabahın, gələcəyin ənənəsinə çevrilir”. Bu, həqiqətən belədir, lakin bu məşhur sözlərin Azərbaycanın mədəni ənənələrinin mənimsənilməsinə dair erməni ənənəsinə aidiyyəti yoxdur.

M.Xorenskidən başlayaraq, “əzabkeş xalqın itirilmiş əraziləri” haqqında mifologemlər erməniçiliyin qonşularının torpaqlarına ərazi iddialarının revanşist əsasını təşkil edir. Uydurulmuş “böyük Ermənistan” haqqında millətçi xülyalar isə daim öz saxta tarixinin formalaşdırılmasına və qonşularının tarixinin təhrifinə təkan verir. Söhbət açdığımız mifologemlər yalan səpələmək praqmatik funksiyası ilə yanaşı, erməniçilik aləmində daha vacib vəzifənin – növbəti mifoloji materialın yaranmasına zəmin yaratmaq məqsədini güdməkdədir.

Erməni qədim mətnlərinin bir xüsusiyyətinə diqqət yetirək.

Bəllidir ki, burada bir şablondan – “qəhrəman xristian keçmişinə malik” və “düşmənlərin əhatəsinə düşən və incidilən qədim xalq” istifadə edilir. Bu isə yazılı erməni narrativlərindən dərslik və akademik nəşrlər vasitəsilə institusional tarixə çevrilərək, erməni etnosunun kollektiv yaddaşına həkk olunur və bu da dünya etnik mənzərəsinin qavranılmasında hazırkı hay-erməni düşüncə tərzini müəyyən edir.

Tanınmış Amerika mütəxəssisi, Harvard Universitetinin professoru R.Tomsonun fikirlərinə diqqət yetirək. Erməni narrativlərini dərindən tədqiq etmiş bu alimin yazdığı kimi, “əvvəla, erməni tarixi narrativlərinin müəllifləri, adətən, kilsə ruhaniləridir və onların yazdıqları kilsə sifarişi əsasında hazırlanıb və kilsə vasitəsilə qorunub. İkincisi, ermənilərin tarixi yazılarında hadisələrin təsviri yoxdur, onların xüsusi, seleksiyalı quruluşu təqdim edilir. Üçüncüsü, yazılar elan olunan zamandan qat-qat sonra əmələ gəlib və əsrlərboyu, XIX əsrə qədər, hay-ermənilər tərəfindən əlverişli olan əlavələr və dəyişikliklərə məruz qalıb”.

Rusiyanın tanınmış etnoloqu V.Şnirelmanın “Voynı pamyati” adlı tədqiqatında yazdığı kimi, “müasir hay-erməni istorioqrafiyası “şanlı keçmişin” yazılı şablon və obrazlarına əsaslanır”.

Digər məşhur rusiyalı politoloq S.Lurye öz əsərində (“Armyanskaya politiçeskaya mifoloqiya i yeyo vliyaniye na formirovaniye vneşney politiki Armenii i naqornoqo Karabaxa”) yazır ki, ermənilərin siyasi mifologiyası “dünya haqqındakı etnik mənzərənin bir hissəsidir, özü də, qeyd edirəm, şüursuz olan mənzərənin və etnosun gerçəkliyin, reallığın qavranılmasına və bu reallığa qarşı davranış qaydalarını müəyyən edir”.

Bununla belə, şüursuz məhsul olan dünyanın erməni etnik mənzərəsindən fərqli olan, həm keçmişdə, həm də indiki zamanda erməni xalqının tarixi ilə bağlı yaradılan əfsanələr şüurlu halda uydurulur və konkret müəlliflərə məxsusdur, o cümlədən Qriqor Arsruni, Raffi, Leo, Mkrtıç, Xrimyan. Bu yazıçılar və publisistlər tarixi biliklərə qovuşmadan XIX əsrin axırlarında bir sıra tarixi mif və əfsanə yaradaraq, uydurma qəhrəmanlığı ön plana çəkmişlər.

Odur ki, tanınmış rusiyalı yazıçı Yuriy Pompeyevin səlis fikrincə, erməni zadəganlarının tanrı törəməli olduqları haqqında opuslar, böyük tirajlarla buraxılan uydurmaların Artaşes Arsruni kimi müəlliflərinin dərc edilməsi, Suren Ayvazyanın saxta tarixləri yer alır. Nəticədə “etnosun kollektiv yaddaşı süni yaradılan xülyalı keçmişin qəfəsindədir, gələcək isə gələcəyin yox, əksinə, keçmişin naminə təsəvvür edilir”. Bəli, məşhur yazıçı Flober demişkən: “…keçmiş bizi saxlayıb buraxmır və bu səbəbə görə gerçək bizdən vaz keçir”.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov xüsusi qeyd edib ki, istər erməni müəlliflərinin qədim mətnlərinə, istərsə də tarixə dair çoxsaylı müasir müəlliflərin yazdıqlarına erməni və qərb, xarici tarixşünaslığın verdiyi qiymətlər köklü surətdə fərqlənir. O, “erməni tarixinin atası” sayılan M.Xorenski haqqında iki fikri diqqətə çatdırıb: birincisi, “Armyanskaya srednevekovaz literature” (1986), Ermənistan Elmlər Akademiyasının rus dilində olan nəşrindən götürülüb: “... Xorenskinin əsəri ilk erməni tənqidi tarixdir və milli elmi-tarixi fikrin incisi və şah əsəridir...”. İkincisi isə məşhur tarixçi Avqust Karriyerin 1896-cı ildəki sözləridir: “Onun [Xorenskinin] məlumatlarına inanmaq – naşılıqdır. Verdiyi xəbərlərin əksəriyyəti uydurmadır”.

İki ayağı üstündə duran həqiqətdən fərqli olaraq, yalan və uydurma bir ayağı üzərində durur və onun dayanıqlığı üçün növbəti yalana əl atılır.

Kamran İmanov qeyd edib ki, keçmişdən gələn erməni müəllifləri Aqafangel, Yeğişe (Yelisey), Sebeosun yazdıqları, anonim “Erməni coğrafiyası”ndakı torpaq iddialarında, Eçmiədzinin yerləşdirilməsi haqqında yalan, uydurma və saxtakarlıqlar silsiləsi, bu yalanları müasir təsdiqetmə cəhdləri, o cümlədən İrəvan yaxınlığında tapılmış erməni çarlarının qəbirləri, Qarabağdakı uydurma Tiqranakert şəhərinin qalıqları haqqındakı yalanlara qarşı sübut və dəlillər əsasında həqiqətlər öz əksini tapıb. Bununla yanaşı, qədim madaların – atropatların, sakaların qədim ərazilərinin Sisakan və Suinik adlı toponimləri altında özününküləşdirmə cəhdləri, xüsusən bu toponimlərin türk mənşəyi haqqında lazımi məlumat da verilib. Nəhayət, müasir erməni tarixşünaslığındakı keçmişin və bu günün yalanlarını ört-basdır etməyə, malalamağa və “həqiqət” şəklində üzə çıxarmağa aid trend və tendensiyalara tanınmış xarici alimlərin dili ilə layiqli qiymət verilib.

Gətirilən məlumatlar araşdırmanın əsas məqsədinə – Cənubi Qafqazda ermənilərin avtoxton olmamasına və bununla bağlı Azərbaycanın Naxçıvan, Qarabağ, Zəngəzur və Göyçə mahallarının tarixi və bugünkü torpaqlarına olan iddiaların ifşa olunmasına aiddir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında söylədiyi nitqdə qeyd etdiyi kimi: “... biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir...”.

Kamran İmanov konfrans iştirakçılarına milli işdə uğurlar arzulayıb.

Konfransın açılış mərasimində çıxış edən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu tədbirin çox mühüm məsələyə həsr olunduğunu deyib. Vurğulayıb ki, Əqli Mülkiyyət Agentliyi indiyədək Azərbaycanda bir sıra beynəlxalq və respublika əhəmiyyətli konfranslar keçirib. Həmin tədbirlərdə Azərbaycan tarixi üçün ən zəruri məsələlər gündəmə çıxarılıb, müzakirələr aparılıb. Azərbaycan tarixinin saxtalaşdırılmasının qarşısının alınması üçün nəşrlər hazırlanıb. İndiyədək Azərbaycanla bağlı bir çox sahələrdə erməni oğurluğunun şahidi olduğunu və alimlərimiz tərəfindən onların ifşasının davam etdirildiyini deyən Siyavuş Novruzov erməni saxtakarlığının qarşısının alınmasında tarixi faktların önəmini vurğulayıb. Konfransda dinləniləcək məruzələrin müvafiq istiqamətdə fəaliyyət göstərmək üçün faydalı olacağını bildirib və tədbir iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bu konfransı Azərbaycan xalqı və dövləti üçün böyük əhəmiyyətə malik tədbir kimi dəyərləndirib. Qeyd edib ki, erməni saxtakarlığı bu gün təkcə bizi deyil, dünyanı düşündürməlidir. Çünki bugünkü mürəkkəb dünyamızda ən ağrılı problemlərin kökündə erməni saxtakarlığı dayanır. Xüsusən Cənubi Qafqazın tarixi ilə bağlı bir çox məsələlərdə bu saxtakarlıq dünyada çox ağır dolaşıqlıq yaradır. Qeyd edib ki, əqli mülkiyyət məsələsi sadəcə mülkiyyət məsələsi olmayıb, bizim zəka varlığımızla bağlıdır. Bu gün Azərbaycan xalqının öz tarixinə sahib çıxdığını, milli-mənəvi dəyərləri dirçəltdiyini qeyd edən akademik konfransın mövzusunun aktuallığını vurğulayıb və Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya ermənilərin Qafqaz avtoxtonluğu cəhdləri” mövzusunda təqdimatla çıxış edib.

Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundovun “Ermənistan – nasizmin qalib gəldiyi ölkə” mövzusunda məruzəsi dinlənilib. O, Əqli Mülkiyyət Agentliyi tərəfindən indiyədək keçirilən tədbirlərin bugünkü rəqəmsal eramızda böyük əks-səda yaratdığını deyib. Erməni saxtakarlıqlarının ifşa edilməsi istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini qeyd edən Fuad Axundov, eyni zamanda, konfrans iştirakçılarını KİV-lərdə, sosial şəbəkələrdə bununla bağlı fəal olmağa çağırıb.

Rusiyalı alim və publisist, tarix elmləri doktoru, professor Oleq Kuznetsov “İkinci Dünya müharibəsi dövründə kollaboratsionizm” mövzusunda çıxış edib. Qeyd edib ki, bu cür tədbirlər həm Azərbaycan xalqı, onun özünüdərki, həm də beynəlxalq elmi ictimaiyyət üçün vacibdir. Çünki belə konfranslar, eyni zamanda, yeni məlumatların səsləndiyi, yeni tədqiqatların nəticələrinin açıqlandığı yerdir. Bunların əsasında isə günümüzün tələblərinə cavab verən ideyalar yaranır. Bu baxımdan belə tədbirlərdə iştirak etmək çox faydalıdır.

AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “Tarixi sənədlərin və faktların saxtalaşdırılması erməni işğalına haqq qazandırmaq cəhdidir” mövzusunda məruzə edib. İnstitutda müvafiq sahədə görülən işlərdən danışan Cəbi Bəhramov konfransın əhəmiyyətini yüksək qiymətləndirib.

Konfransda, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri İlhami Cəfərsoy “Qədim mənbələrin saxtalaşdırılmasında erməni dəstxəti”, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru İslam Sadıq “M.N.Saplinin “Ümumdünya sivilizasiyalar tarixi” kitabında erməni saxtakarlıqları”, BDU-nun arxeologiya və etnoqrafiya kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov “Səfəvilər dövlətinə qarşı erməni xəyanətləri”, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Ariz Abduləliyev “Azərbaycan musiqisinə qarşı total erməni vandalizmi”, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlili “Yervandit sülaləsinin etnik kökləri barədə”, BDU-nun Asiya və Afrika ölkələri kafedrasının dosenti Atamoğlan Məmmədli “Azərbaycan maddi mədəni abidələri erməni təcavüzündə”, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi işçisi Rauf Bəhmənli “Azərbaycan xalq rəqslərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməsi” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında müzakirələr aparılıb və konfrans öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb