ELM VƏ TƏHSİL


Avropa İttifaqının peşə təhsilinə dair layihəsi ilə bağlı seminar təşkil olunub

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi ilə bağlı seminar təşkil olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, seminar peşə təhsili və təlimi sahəsindəki qrant layihələrin nəzarətini apararkən istifadə edilməsi nəzərdə tutulan monitorinq vasitələrini təqdim etmək məqsədilə keçirilib.

Tədbirdə digər donor layihələrin, Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi 33 ayı əhatə edir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə bu ilin oktyabrında yekunlaşacaq.

Layihə peşə təhsili və təlimində tənzimləyici bazanın, mərkəzi və yerli səviyyələrdə sektor üzrə əlaqələndirmənin təkmilləşdirilməsini, peşə standartları ilə bağlı 10 kurikulumun işlənib hazırlanmasını və onların prioritet sahəyə tətbiqini, islahatlar üzrə monitorinqin həyata keçirilməsində Təhsil Nazirliyinə dəstək göstərilməsini hədəf götürüb.

Bütün bu işlərin əsas qayəsi məzunların işlə təmin olunması imkanlarının genişləndirilməsi və peşə təhsilinə marağın artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.