DÜNYA


Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan “Pervin oğulları” gəmisi İzmir limanına gətirilib

İstanbul, 19 aprel, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələrinin aprelin 15-də Aralıq dənizinin neytral hissəsində təşkil etdiyi birgə əməliyyat nəticəsində ələ keçirilən, göyərtəsində 5 ton narkotik maddə və 6 şübhəli şəxsin olduğu “Pervin oğulları” adlı kiçik balıqçı gəmisi İzmir limanına gətirilib.

AZƏRTAC xəbər verir ki, sahildən 1400 kilometr məsafədə ələ keçirilən gəmini İzmir limanına “SG Umut” gəmisi gətirib.

Türkiyə xüsusi xidmət orqanları “Pervin oğulları” adlı gəmi vasitəsilə mütəşəkkil cinayətkar dəstənin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməsi barədə bu il fevralın 2-də məlumat alıb. Məlumat əsasında dörd aydır aparılan məxfi əməliyyatlardan sonra aprelin 15-də gəmi saxlanılıb. Əməliyyatlar nəticəsində ümumilikdə 16 nəfər məsuliyyətə cəlb olunub. Narkotik vasitənin Avropa ölkələrinə aparılmasının planlaşdırıldığı bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.