DÜNYA


Türkiyədə son 117 ildə 210 güclü zəlzələ baş verib

İstanbul, 21 aprel, AZƏRTAC

Türkiyənin Statistika Komitəsi ölkədə 1900-2017-ci illərdə baş verən təbii fəlakətlərə dair statistik məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkədə 1900-2017-ci illərdə ən az 6 bal gücündə 210 zəlzələ baş verib. Təbii fəlakətlər zamanı 86 min 802 nəfər həlak olub, 597 min 865 əmlaka ciddi ziyan dəyib.

Statistikada bu müddət ərzində ölkədə meydana gəlmiş sel, daşqınlar, uçqunlarla da bağlı məlumat yer alıb. Türkiyədə 1950-ci ildən bu günədək 23 min 41 torpaq sürüşməsi, 425 sel, 274 qar uçqunu baş verib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.