SİYASƏT


Naqif Həmzəyev: Ukraynada səsvermə xırda problemləri çıxmaq şərti ilə yaxşı təşkil olunub

Kiyev, 21 aprel, AZƏRTAC

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə prosesi xırda texniki problemləri çıxmaq şərti ilə çox yaxşı təşkil olunub.

Bu fikri AZƏRTAC-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində səsvermə prosesini izləyən Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev söyləyib.

Onun sözlərinə görə, məntəqələrdə seçici fəallığı müşahidə edilir. AŞPA müşahidə missiyası 20-dən çox məntəqədə olub. Daha bir məntəqədə bülletenlərin sayılması prosesini izləyəcəklər.

N.Həmzəyev bildirib ki, sabah səhər AŞPA müşahidə missiyası seçkilərlə bağlı yekun münasibətini açıqlayacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.