DÜNYA
Almatıda “Hyundai” avtomobil zavodunun təməli qoyulub
Almatı, 21 aprel, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində yeni avtomobil zavodu istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, Almatı sənaye zonasında “Hyundai Trans Kazakhstan” zavodunun təməlqoyma mərasimi keçirilib.
“Hyundai Astana” şirkətinin Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin dəstəyi ilə tikəcəyi zavod Qazaxıstan bazarını keyfiyyətli və səmərəli avtomobillərlə təmin edəcək.
İstehsal olunacaq “Hyundai” avtomobillərinin MDB ölkələrinə ixracı da nəzərdə tutulur. Müəssisə Cənubi Koreya və Yaponiya istehsalı olan ən son texnoloji avadanlıqla təchiz ediləcək. Bu zavodda “Hyundai” markalı avtomobillərin bütün modellərinin istehsalı nəzərdə tutulub.
Layihənin investisiya dəyəri 25 milyard təngə təşkil edir. 2020-ci ildə isə ilk avtomobilin istehsalı planlaşdırılır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:26]
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]
“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb
- 25.04.2024 [11:58]
Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb
- 25.04.2024 [11:42]
“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb
- 25.04.2024 [11:26]