DÜNYA


Şimali Makedoniyada seçicilərin 34.51 faizi səsvermədə iştirak edib

Ankara, 21 aprel, AZƏRTAC

Şimali Makedoniyada keçirilən prezident, o cümlədən Ohri, Debre və Novo Selo şəhərləri üzrə bələdiyyə sədri seçkilərinə səsvermə davam edir.

AZƏRTAC Şimali Makedoniyanın Dövlət Seçki Komissiyasının rəsmi saytına istinadla xəbər verir ki, yerli vaxtla saat 18.00-a qədər seçicilərin 34.51 faizi səsvermədə iştirak edib.

Qeyd edək ki, Şimali Makedoniya əhalisinin 1.808.131 nəfəri səsvermə hüququna malikdir. Səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21.00) yekunlaşacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.