REGİONLAR


Kürdəmirdə bu ilin birinci rübündə 289 yeni iş yeri açılıb

Kürdəmir, 22 aprel, AZƏRTAC 

Əhalinin məşğulluğunun artırılması ilə bağlı görülən işlər, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı Kürdəmir rayonunda da öz uğurlu nəticələrini verir. Təsadüfi deyil ki, təkcə bu ilin birinci rübündə bölgədə 289 yeni iş yeri açılıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təzə açılan iş yerlərindən 274-ü daimidir. Yeni açılan daimi iş yerlərinin 43-ü müəssisə və təşkilatlarda, 231-i isə fiziki şəxslərdədir.

Müəssisə və təşkilatlarda açılan 43 daimi iş yerinin 35-i aqrar sahədə fəaliyyət göstərən müəssisələrin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.