DÜNYA


Avropa Parlamentinə altı bolqar partiyasının nümayəndələri daxil olacaq

Sofiya, 24 aprel, AZƏRTAC

Avropa Parlamenti yeni tərkibdə yerlərin sayının bölüşdürməsi proqnozunu təqdim edib. Bolqarıstanda Avropa Parlamentinə seçkilər mayın 26-da baş tutacaq. Yeni siyahı Breksitin təxiri səbəbindən 751 yeri nəzərdə tutur. Proqnozlara əsasən, yeni Avropa Parlamentinə Bolqarıstanın QERB və BSP partiyalarından 6 deputat, DPS partiyasından 2, VMPO, Demokratik Bolqarıstan və Volya partiyalarının hərəsindən 1 deputat seçiləcək. Eyni zamanda, Avropa Parlamentində Avropa xalq partiyasının nümayəndələrinə 180 yer, sosialist və sosialist demokratlara 149 yer, liberal və demokratlara isə 79 yer ayrılması ehtimal olunur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.