CƏMİYYƏT


Müəllim və tələbələr fövqəladə hallar zamanı mühafizənin təşkili ilə bağlı maarifləndiriliblər

Bakı, 24 aprel, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda dərs keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nümunəvi dərsdə universitetin mülki müdafiə işlərinə məsul şəxsi çıxış edərək, təhsil ocağında mülki müdafiənin təşkili və idarəetmə orqanları barədə qısa məlumat verib.

Dərsdə, həmçinin “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda mühazirə oxunub, fotoslaydlar nümayiş etdirilib.

Sonra universitetin həyətində xüsusi xilasetmə alət və avadanlıqları təqdim olunub.

Universitetin müəllim və tələbələrinin cəlb olunduğu tədbirin sonunda mövzuya dair suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.