İDMAN


“Mançester Siti” çempionluq yolunda vacib üç xal qazanıb

Bakı, 25 aprel, Nicat Məmmədov, AZƏRTAC

Aprelin 24-də İngiltərə Premyer Liqasının 35-ci turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən görüşdə “Mançester Yunayted” öz meydanında “Mançester Siti” klubunu qəbul edib.

Gərgin keçən görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanıb.

“Şəhərlilər” hər iki qolu ikinci hissədə vurub. Matçın 56-cı dəqiqəsində Bernardo Silva, qarşılaşmanın 66-cı dəqiqəsində isə Leroy Sane fərqlənib.

Bu qələbə sayəsində “Mançester Siti” xallarını 89–a çatdıraraq birinci pilləyə yüksəlib, “Mançester Yunayted” isə 64 xalla 6-cı yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.