İDMAN


“Sky Sport” televiziya kanalının saytında oxuculara Formula 1 Azərbaycan Qran-Prisi barədə məlumat verilib

Roma, 25 aprel, AZƏRTAC

İtaliyanın “Sky Sport” televiziya kanalının saytında “Formula−1 Bakı Qran-Prisi: Bakı trassı haqqında bilməli olduğumuz hər şey” sərlövhəli yazı yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, yazıda yarışda iştirak edəcək komandalar, Bakı şəhər halqasının texniki göstəriciləri və yarışın keçiriləcəyi tarix haqqında bəhs olunur.

Qeyd edilir ki, sayca dördüncü dəfə keçiriləcək Azərbaycan Qran-Prisi aprelin 28-i “Sky Sport F1” telekanalı vasitəsilə yerli vaxtla saat 14:10-dan etibarən canlı yayımlanacaq.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.